Wintersun — 2003-cü ildə qurulan Finlandiya metal musiqi qrupu. Qrupun musiqi üslubu Norther, Ensiferum, Children of Bodom, Edenbridge kimi qruplarnan eynidir.

Haqqında Qrup Ensiferum-un gitarist, vokalçısı olan Jari Mäenpää tərəfindən yaradılmışdır. Jari 1995-ci ildən özü üçün bəstələdiyi musiqiləri birləşdirərək, yeni tərz də musiqilər yazmağa başladı. İlk albomu qrupun adını daşıyan "Wintersun" adın da nəşr edildi. Həmin albomun bütün musiqi alətlərini və vokalını özü ifa etdi. Amma barabanı ifa etməyə Kai Hahto-yu öz qrupuna dəvət etdi. Həmin albom Nuclear Blast albom şirkəti ilə CD olaraq nəşr edildi. Bu ərəfə də Jari-nin başı öz qrupuna qarışdığı üçün Ensiferum-dan ayrıldı. Öz yaratdığı qrupu inkişaf etdirməyə çalışdı.

Daha qrupa yeni üzvlər daxil oldu, konsertlər də çıxış etməyə başladılar. Qrupun ikinci albomu 7 ildən sonra işıq üzü gördü. "Time I" adlanan albom 2012 ci ildə nəşr edildi. Bu albomun ardından, 5 ildən sonra qrup özünün üçüncü studio albomunu nəşr etdi. "The Forest Seasons" adlanan albom, 4 trekdən ibarətdir.

Diskoqrafiya Albomlar Wintersun (2004) Time I (2012) The Forest Seasons (2017)

Kateqoriya:Finlandiya metal musiqi qrupları Kateqoriya:Kvartetlər Kateqoriya:2004-cü ildə yaranan musiqi qrupları