Comərd Qəssab türbəsi — Qədim Gəncə ərazisində, Bakı – Gəncə dəmir yolu xəttindən cənubda yerləşən tarixi memarlıq abidəsidir.
Türbədə dəfn edilmiş Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Bir rəvayətə görə, Comərd Gəncədə hörmətə malik qəssab olmuş, digər bir rəvayətə görə isə, Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşmüş, İslam dinini qəbul etmiş və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında yeni dinin yayılması ilə məşğul olmuşdur.
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur.
Tarixi Comərd Qəssab Comərd Qəssab barədə heç bir tarixi mənbədə məlumat yoxdur. Gəncə sakinləri arasında yayılan rəvayətə görə, Comərd, Gəncənin qədim məhəllələrindən birində qəssablıq edər, əhaliyə ət satar, heç bir tərəzidən istifadə etmədən əti dəqiq və düzgün ayırarmış.
Digər bir rəvayətə görə, Comərd Qəssab türbəsi Məhəmməd peyğəmbərin əmisi oğlu IV raşidi xəlifəsi Əli ibn Əbu Talibin dövründə yaşamış, həddən artıq namuslu, ədalətli və insaflı bir qəssabın qəbri üstündə tikilib. Comərd Qəssab Əlinin hələ xəlifə olmadığı vaxtda karvanla Ərəbistana gedərək onunla görüşür, İslam dinini qəbul edir və qayıdarkən Gəncənin ilk müsəlmanı kimi İslam qoşunları şəhərə daxil olmamış, əhali arasında İslamın yayılması ilə məşğul olur. O düşmənlərin Gəncəyə hücumu zamanı şəhərin müdafiəsi zamanı şəhid olur.
Türbənin inşası 200px|thumb|left|Türbə daxilində yerləşən məzar Qədim Gəncə ərazisində, o cümlədən Comərd Qəssab türbəsində arxeoloji tədqiqat işləri aparmış İshaq Cəfərzadə türbə haqqında bəhs edərkən deyir:
Bu məlumata əsaslanan İ.P.Şeblıkin türbənin XI-XII əsrlərdə inşa edilmiş ola billəcəyi ehtimalını irəli sürür. Ə. Salamzadə isə qeyd edir ki,
Ə. Salamzadənin fikrincə dövrümüzə çatmış türbənin bəzi stilistik xüsusiyyətləri onun inşa tarixini XVII əsrə aid etməyə imkan verir. Bu cür fikir səsləndirərkən tədqiqatçı-memar ilk növbədə XVII-XVIII əsr türbələri üçün xarakterik olan, giriş yerlərinin böyük ölçülü olmasına əsaslanır. Bu zaman Ə. Salamzadə Comərd Qəssab türbəsini, Tovuz rayonu ərazisində yerləşən və XVII əsrə aid edilən Yanıqlı türbəsi ilə müqayisə edir.
Restavrasiyası
1139-cu il Gəncə zəlzələsi zamanı Qədim Gəncə ərazisindəki əksər tikililər kimi, Comərd Qəssab türbəsi də ciddi dağıntıya məruz qalmışdır. 1940-cı ildə ilk dəfə arxeoloji tədqiqatlar aparan İshaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edərək üzə çıxarıb.
1960-ci illərdə türbə dağıdılmış, uzun müddət uçulmuş və baxımsız vəziyyətdə qalmışdır. 1980-ci illərdə azərbaycanlı şair və ictimai xadim Bəxtiyar Vahabzadə "Gəlin bir az düşünək" adlı məqaləsində qeyd etmişdir ki, sözügedən abidə ət kombinatına istilik xətti çəkilən zaman məhv edilmişdir. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarını və məzarüstü türbəsinin bərpa işlərinə başlanılmışdır. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpicləri istifadə edilmişdir.
Memarlıq xüsusiyyətləri
Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizgüşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənmişdir. Xaricdən olan çıxıntılar iki qatlıdır. Künc çıxıntılarının olması abidəyə xarakterik görünüş bəxş edir. Türbənin divarlarında ox üzrə yerləşdirilmiş dörd giriş qapısı vardır. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışımından istifadə olunmuşdur. İstinadlar
Ədəbiyyat
Həmçinin bax Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu Xarici keçidlər Comərdi Qəssab türbəsi Əfsanələr, rəvayətlər, həqiqətlər: “Comərd Qəssab” türbəsi
Kateqoriya:Gəncə türbələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:Gəncədəki binalar və tikililər Kateqoriya:Səfəvi memarlığı Kateqoriya:İslam memarlığı Kateqoriya:XVII əsr memarlığı Kateqoriya:Gəncə tarixi Kateqoriya:XVII əsrdə yarananlar