Gəncə imamzadəsi və ya Göy imam — Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks imam Məhəmməd Baqir VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılmış türbə ətrafında formalaşmışdır.

Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı, əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə imamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunmuş, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilmişdir. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrdə — ehtimal ki, XIII–XIV əsrlərdə abidəyə əlavə edilmişdir. Həmin hücrələrin hər birincə ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar vardır.

Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.

Tarixi

İnşası 200px|thumb|left|Türbə daxilində yerləşən və İmam Məhəmməd Bağırın oğlu Şahzadə İbrahimə aid olmasına inanılan məzar Gəncə imamzadə türbəsinin yerində ilk tikilinin inşa olunması tarixi bizim eranın VIII əsrinə təsadüf edir. Şiə İslamının müqəddəs şəxsiyyətlərindən biri hesab edilən beşinci şiə imamı Məhəmməd Bağırın övladları bəhs edilən dövrdə İslam peyğəmbəri nəslinin nümayəndələrinə qarşı təqiblər həyata keçirən Əməvilər xilafəti (661–750) rəhbər dairələrinin əməllərindən can qurtarmaq üçün İrana və Azərbaycanın şəhərlərinə üz tutmuşlar. Bunlardan iki qardaş şahzadə İbrahim və İsmayıl Bərdəyə və Gəncəyə üz tutmuş, lakin bir müddət sonra düşmənləri onları tapmış və qətlə yetirmişlər.

Şahzadə İsmayılın vəfatından sonra Bərdədə imamzadə ucaldıldığı kimi, Gəncədə də şahzadə İbrahimin şəhadətə yetməsindən sonra onun məzarı üzərində türbə inşa edilmişdir. Gəncə imamzadə türbəsinin daxili hissəsində, iç divarından aşkar olunmuş kitabədə bu məsələ ilə bağlı mühüm tarixi fakt əks olunmuşdur. Görkəmli tədqiqatçılar – arxeoloq İshaq Cəfərzadə və epiqrafika sahəsində əhəmiyyətli tədqiqatların müəllifi olan professor Məşədixanım Nemət tərəfindən tədqiq olunmuş bu yazı aşağıdakı kimi oxunmuşdur:

Bu kitabə İmamzadə türbəsinin birinci mərtəbəsində, abidənin iç divarına hörülmüş kiçik mərmər lövhədən ibarətdir. Kitabədəki yazılar ərəbcədir. Burada əks olunmuş dəqiq xronoloji göstərici hicri tarixlə 120-ci ildir. Miladi təqvimdə qeyd olunan tarix 739–740-cı illərə təsadüf edir. Məhz bu baxımdan Gəncə imamzadə türbəsinin ilkin inşa olunma tarixi şahzadə İbrahimin vəfat etdiyi dövrlə bağlıdır və abidə haqlı olaraq erkən orta əsrlər dövrünün ən dəyərli memarlıq nümunələrindən biri hesab edilir. Gəncə imamzadə türbəsinin bəhs olunan dövrdə olmuş görkəmi müasir xarici görünüşü kimi möhtəşəm deyildi. Yalnız müəyyən müddət sonra Gəncə imamzadəsinin yenidən bərpası, ətrafında abadlaşdırma, yenidənqurma tədbirlərinin həyata keçirilməsi nəticəsində abidə böyük bir kompleksə çevrilməyə başlamışdır.

Kitabələri Türbənin əsas kitabəsində Gəncə imamzadəsinin inşa olunma tarixi, burada dəfn edilmiş peyğəmbər nəslinin nümayəndəsi, beşinci şiə imamı Məhəmməd Bağırın oğlu mövlana İbrahim haqqında faktlar öz əksini tapmışdır. İmamzadə kompleksinin giriş hissəsində yerləşən digər epiqrafik kitabədə qəbir gübəzinin 1879-cu ildə görkəmli hərbi xadim, Tiflisdən olan general-mayor İsrafil bəy Yadigarzadə tərəfindən özünün şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına bərpa etdirilməsi haqqında məlumat verilir.

Vəqf kimi fəaliyyəti Türbə orta əsrlərdən etibarən, xüsusilə Səfəvilərin Şimali Azərbaycanda Şiəliyi yaymasından sonra mühüm ziyarətgaha çevrilərək, geniş vəqf torpaqları əldə etmişdir.

"Gəncə-Qarabağ əyalətinin 1593-cü ilə aid icmal dəftəri" adlı sənəddə bəhs edilən ərazidə dörd vəqfin olduğu öz əksini tapmışdır: Şeyx Nizami Gəncəvi vəqfi, İmamzadə vəqfi, Şeyx Siracəddin vəqfi və Şeyx İzzəddin vəqfi. Bunlardan ikisi – Şeyx Nizami Gəncəvi vəqfi və İmamzadə vəqfi Gəncə ərazisində fəaliyyət göstərmişdir. Şeyx İzzəddin vəqfinin Kürəkçay ətrafındakı torpaqları əhatə etdiyi və Gəncə qəzasının tərkibinə daxil olduğu, Siracəddin ağa və yaxud Şeyx Siracəddin vəqfinin isə Qarabağ ərazisindəki Dizaq, Arazbar və Həkəri nahiyələrinin torpaqlarını ehtiva etdiyi qeyd olunmuşdur.

Gəncə-Qarabağ əyalətinin icmal dəftərində İmamzadə türbəsi vəqfinin illik gəlirinin 5308 axça olduğu qeyd edilmişdir. Bütün bu gəlirin isə müvafiq olaraq "təamiyyə", "təvliyyət", "qurban", "türbədarlıq", "cibayət", "fərraşiyyə" şəklində təmənnasız surətdə insanların, ehtiyacı olanların tələbatlarının ödənilməsinə sərf edildiyi məlumdur.200px|thumb|right|Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın hakimiyyəti dövründə (1786–1804) türbədə əsaslı təmir işləri aparılmış, görülən işlərə saray memarı Kərbəlayi Sadıq rəhbərlik etmişdir. Gəncə Tarix-Diyarşünaslıq Muzeyində saxlanan portretin müəllifi N. Babayevdir.

Orta əsrlər Orta əsrlər dövründə Gəncə imamzadəsinin ərazisində bərpa və yenidənqurma tədbirlərinin həyata keçirildiyi şübhə doğurmur. Çünki XIII–XV əsrlərdə İmamzadədə memarlıq nöqteyi-nəzərdən müasir görkəminə müəyyən qədər yaxın olan türbə və ətrafda olan əsas tikililər inşa edilərkən əvvəlki türbənin memarlıq, sənətkarlıq xüsusiyyətlərinin ayrı-ayrı elementləri nəzərə alınmışdır. Bununla yanaşı, bəhs edilən tarixi mərhələdə, xüsusilə də XV–XVI əsrlərdə şiəlik məzhəbinin nüfuzunun yüksəlməsi sayəsində Gəncə İmamzadəsinin də təmir və bərpasında daha möhtəşəm, böyük qurğuların tikilməsi, dövrün yeni sənətkarlıq, həmçinin önəmli dini cəhətlərinin tətbiq edilməsinə xüsusi əhəmiyyət verilmişdir. Lakin müxtəlif tarixi məxəzlərdə, istər yerli, istərsə də əcnəbi mənbə və ədəbiyyatlarda Gəncə imamzadə türbəsinin konkret şəxslər tərəfindən təmir edilməsinə, yaxud da onların şəxsi maddi vəsaitləri hesabına kompleksin ərazisində hər hansı yenidənqurma, bərpa işlərinin həyata keçirilməsinə dair məlumatlar yoxdur.

Gəncənin qədim abidələrinin, tarixi tikililərinin, dini ocaqlarının bərpa edilməsinə dair əsas məlumatlar XVIII–XIX əsrlərdən etibarən verilməyə başlayır ki, bu da bərpa işlərinin rəsmi səviyyədə, rəhbər dairələrin birbaşa göstərişi nəticəsində yerinə yetirilməsi ilə əlaqədardır. Nümunə olaraq Gəncənin sonuncu xanı Cavad xan Ziyadoğlu Qacar (1786–1804) tərəfindən bir sıra mühüm abidələrin, o cümlədən Gəncə imamzadəsinin təmir və bərpa olunması, ətrafında müəyyən abadlaşdırma, yenidənqurma işlərinin icra etdirilməsi göstərilə bilər. Qeyd olunan bərpa işlərində Gəncə xan sarayının baş memarı, dövrünün görkəmli şəxsiyyəti, Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadıqın başçılıq etməsi xanın abidəyə nə qədər yüksək dəyər verməsini göstərir.

1878–1879-cu illərdə Çar Rusiyası ordusunun ikinci müsəlman atlı polkunun sərkərdəsi, general-mayor İsrafil bəy Yadigarzadənin maddi vəsaiti hesabına Nizami Gəncəvinin məqbərəsi və İmamzadə kompleksində təmir və bərpa işləri həyata keçirilmişdir.

2010–2016-cı illər

2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılmış, kompleksə gedən Gəncə-Zazalı yolu yenidən qurulmuşdur. Ümumilikdə İmamzadə türbəsinin bərpasına 31 milyon manat, yolun təmirinə isə 17 milyon manat xərclənmişdir.

Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyev 1 mart 2010-cu ildə "İmamzadə" kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılması haqqında sərəncam imzalayıb.

30 dekabr 2011-ci ildə "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılması haqqında sərəncam imzalanıb. 24 yanvar 2012-ci ildə "İmamzadə" kompleksində isə əsaslı təmir və bərpa işləri davam etdirilməsi də daxil Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalanıb.

İ. Əliyev 5 iyun 2013-cü ildə "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında sərəncam imzalayıb. 16 may 2014-cü ildə Prezident, "İmamzadə" kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

21 oktyabr 2014-cü ildə "İmamzadə" kompleksinin bərpası da daxil Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalanıb. İ. Əliyev 5 noyabr 2014-cü ildə "İmamzadə" kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalayıb. 200px|thumb|right|İbadətgahda yerləşən kaşı işləməli mehrab restavrasiya işlərindən sonra İ. Əliyev 9 aprel 2015-ci ildə "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılması haqqında sərəncam imzalayıb.

9 sentyabr 2015-ci ildə Preziden "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılması haqqında daha bir sərəncam imzalayıb. 9 fevral 2016-cı ildə Zazalı-İmamzadə kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon mana ayrılması üçün sərəncam imzalanmışdır.

İ. Əliyev burada görülən işlərlə şəxsən bir neçə dəfə: 9 fevral 2011, 21 yanvar 2012, 18 oktyabr 2014 və 17 fevral 2016-cı ildə tanış olub.