Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır.
Xüsusiyyətləri Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir.O. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979
Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
Həmçinin bax Passatlararası əks cərəyan Cərəyan Passatlar
Xarici keçidlər Okeanda suyun hərəkəti Dünya okeanında olan su kütlələri
İstinadlar Kateqoriya:Coğrafiya