Qapıqaya — Şuşa rayonu Xanalı kəndi ərazisində təpə.
Toponomik izahı
Qədim türk dillərində kap, qap, "keçid", "dağ keçidi" sözündəndir. Qazax dilində kap " qapı", "dərəyə giriş" mənasındadır. (Dilimizdəki qapı sözü də bu sıraya daxildir). İlk dəfə e.ə. VI əsrdən məlum olan Qafqaz dağ adında əksini tapmışdır ki, bu da "Kasların keçidi" mənasındadır. Fars (ilk dəfə 262-ci ilə aid farsca qaya yazılarında – və ərəbcə (ilk dəfə Qur’ani-Kərimdə çəkilir) Qaf kimidir. "Qafqaz" adından başqa bu söz Qapdaq (Baş Qafqaz zirvələrindən biri), Qapdaq (Balakən rayonu), Qapıqaşqaya (Şahbuz rayonu), Qapılıqaya (Kəlbəcər rayonu, Həsənli k.), Qapıtəpəsi ( Qax rayonu), Qapıcıq zirvə (Ordubad rayonu) və b. adlarda iştirak edir.B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri 2005-ci il
Həmçinin bax Xanalılar (Şuşa) Xanlıqpəyə
İstinadlar
Kateqoriya:Azərbaycan təpələri Kateqoriya:Şuşa rayonunun coğrafiyası