Rayan Ueyn Vayt (; )"A Timeline of Key Events in Ryan's Life". Ryanwhite.com. 2007-10-12 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2009-12-02. — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi.

Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilərJohnson, Dirk (April 9, 1990). "Ryan White Dies of AIDS at 18; His Struggle Helped Pierce Myths". The New York Times. Archived from the original on June 15, 2010. Retrieved June 14, 2010.. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdıa b c d (PDF) AIDS at 21: Media Coverage of the HIV Epidemic 1981–2002. Brodie, Mollyann, et al.. 2004. Erişim 9 Eylül 2007., həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində 18 yaşında, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi.

İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Vaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı. İki dəfə təsdiq olunan bu qanun ABŞ-də QİÇS-lə yaşayan insanların ən böyük dəstəkçisi oldu.a b c "The Ryan White HIV/AIDS Program". Health Resources and Services Administration, United States Department of Health and Human Services. 1996-01-01 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2007-09-11.

Uşaqlığı və xəstəliyi Rayan Cinni Eleyn Heyl və Hyuberta Ueyn Vaytın ailəsində, ABŞ-nin İndiana ştatının Kokomo şəhərində dünyaya gəlmişdi. Hələ üç günlük ikən həkimlər ona kiçik bir yaralanma əsnasında belə qanın durmamasına yol açan X xromosoma bağlı irsi qan xəstəliyi olaraq adlandırılan ağır hemofiliya A diaqnozu qoydu.Ryan White ve Ann Marie Cunningham (1991). Ryan White: My Own Story. Web Kitapları. ss. 5–6. ISBN 0-8037-0977-3. Müalicəsi üçün bədəninə həftəlik amil VIII preparatının yeridilməsi gərəkli idi. Məhz tətbiq olunan bu üsul səbəbindən QİÇS xəstəliyinin o dövrdə yayıldığı düşünülür.Berat Engin. "Hemofili: Tipleri, nedeni, belirtileri, teşhisi ve tedavisi". sağlık.net. ss. HEMOFİLİ. 25 mart 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 8 mart 2013.a b Resnik, Susan (1999). Blood Saga: Hemophilia, AIDS, and the Survival of a Community. Kaliforniya Üniversitesi Yayınları. ISBN 0-520-21195-2.

Rayan uşaqlıqda olduqca sağlam olsa da, 1984-cü ilin dekabrında kəskin sətəlcəm oldu.Ryan White ve Ann Marie Cunningham (1991). Ryan White: My Own Story. Web Kitapları. ss. 49, 52–53. ISBN 0-8037-0977-3 Bu xəstəliyin müalicəsi mərhələsində ona QİÇS diaqnozu qoyuldu. Tibb dünyası o vaxt QİÇS haqqında çox az məlumata malik idi. Alimlər həmin il HTVL-III adını verdikləri bir virus tapdılar və bu virus QİÇS-ə səbəb olan İİV idi. Rayana amil VIII müalicəsi zamanı HTVL-III infeksiyasının ötürülməsinin düşünülməsinə baxmayaraq, bu iddia təsdiqini tapmadı.Ryan White ve Ann Marie Cunningham (1991). Ryan White: My Own Story. Web Kitapları. ss. 53. ISBN 0-8037-0977-3. Həkimlər bu virusa qarşı necə test edəcəklərini bilmirdilər və eyni zamanda, donorlar virusun qanla yoluxduğunu düşünürdülər.Resnik, Susan (1999). Blood Saga: Hemophilia, AIDS, and the Survival of a Community. Kaliforniya Üniversitesi Yayınları. ss. 126–127. ISBN 0-520-21195-2. 1979–84-cü illər arasında hemofiliya xəstələrinin 90%-dən çoxuna İİV-ə yoluxdurulduğu düşünülürdü. Aparılan tədqiqatlardan sonra Rayanın T hücrə sayı 25 olaraq (bu say sağlam insanlarda təxminən 500–1200 arasındadır)"İnsan Bağışıklık Eksikliği Virüsü (HIV) Enfeksiyonu". Mediko Sosyal Merkezi. Boğaziçi Üniversitesi. 4 mart 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 16 Nisan 2013. müəyyənləşdirildi və ona QİÇS diaqnozu qoyuldu. Həkimlər Rayanın yalnız altı ay yaşayacağını təxmin edirdilər.White, Ryan; Ann Marie Cunningham (1991). Ryan White: My Own Story. Dial Books. ISBN 0-8037-0977-3.[page needed]

Rayan məktəbə qayıda bilməyəcək qədər xəstə idi, ancaq 1985-ci ilin əvvəllərində özünü daha yaxşı hiss etməyə başladı. O, 30 iyun 1985-ci ildə məktəbə qayıtmaq istədiyini bildirdi, ancaq məktəb müdiri Ceyms Smit bu təklifi rədd etdi. Bu hadisə Rayan və ailəsi üçün səkkiz aylıq məhkəmə icraatının başlanğıcı oldu.Specter, Michael (September 3, 1985). "AIDS Victim's Right to Attend Public School Tested in Corn Belt". The Washington Post.

Məktəblərlə mübarizəsi Hüquqi mübarizənin xronologiyası1985–86 tədris ili 30 iyun Müdir Ceyms O. Smit digər şagirdlərin sağlamlığının qorunması səbəbi ilə Rayanı məktəbə qəbul etmədi."Domestic news". Associated Press. July 31, 1985. 26 avqust Məktəbin ilk günü. Rayana dərslərə telefon vasitəsilə ilə qulaq asmasına icazə verildi.Perlman, Lisa (26 Ağustos 1985). "AIDS Victim Begins School By Phone". Associated Press. 2 oktyabr Direktor Rayanın məktəbdən uzaqlaşdırılması qərarını təsdiqlədi."Official Recommends AIDS Victim Stay Home for School". Associated Press. 2 Ekim 1985. 25 noyabr İndiana Təhsil Nazirliyi Rayanın yenidən məktəbə qayıtmasının lazım olduğunu bildirdi.Perlman, Lisa (25 Kasım 1985). "Rule Teen-ager Can Attend Classes". Associated Press. 17 dekabr Məktəb rəhbərliyi idarəetmədə 7–0 hesabı ilə üstünlüyü ələ alır.Perlman, Lisa (18 Aralık 1985). "School Board Votes to Appeal Decision Allowing AIDS Victim in Classes". Associated Press. 6 fevral İndiana Təhsi Nazirliyi Howard County səhiyyə işçilərinin müayinəsi nəticəsində Rayanın yenidən məktəbə qayıda biləcəyini müəyyənləşdirdi.Strauss, John (6 Şubat 1986). "Boy Can Return To School If Health Officer Approves, Board Says". Associated Press. 13 fevral Howard əyalətinin səhiyyə işçiləri Rayanın məktəb üçün uyğun olduğunu müəyyənləşdirdi.Perlman, Lisa (13 Şubat 1986). "Health Officer Says AIDS Victim Ryan White Can Return To School". Associated Press. 19 fevral Howard əyalətinin səhiyyə işçiləri Rayanın məktəb üçün uyğun olduğunu müəyyənləşdirdi."Judge Denies Motion To Bar Indiana AIDS Victim From Classes". Associated Press. 19 Şubat 1986. 21 fevral Rayan yenidən məktəbə qayıtdı. Həmin gün başqa bir hakim onunla bağlı məhdudlaşdırıcı əmrə qərar verir.Strauss, John (21 Şubat 1986). "AIDS Schoolboy Back in Classroom But Judge Rules Against Him". Associated Press. 2 mart Rayanın əleyhdarları onu məktəbdən uzaqlaşdırmaq üçün məktəbin idman zalında hərrac təşkil edərək pul topladı."Opposition Group Raises Needed Funds For Bond". Associated Press. 3 mart 1986. 9 aprel Rayanın işi Circuit Məhkəməsinə təqdim edilir.Strauss, John (9 Nisan 1986). "Judge Delays Ruling In Ryan White Case". Associated Press. 10 aprel Circuit Məhkəməsinin hakimi Cek O. Nil məhdudlaşdırma qərarını ləğv etdi. Rayan yenidən məktəbə qayıtdı.Kusmer, Ken (10 Nisan 1986). "Teen-Age AIDS Victim Returns To School after Lengthy Court Battle". Associated Press. 18 iyul İndiana Apelyasiya Məhkəməsi Rayan haqqında şikayət ərizəsini qəbul etməyəcəyini bildirdi.Huddleston, Susan (18 Temmuz 1986). "Parents Drop Effort to Keep AIDS Victim Out of School". Associated Press.

Russiavilledə bir çox valideyn Rayanın şəhərciyə girişini əngəlləmək üçün müqavimət göstərdi. 117 valideyn (məktəbdə cəmi 360 şagird vardı) və 50 müəllim Rayanın məktəbdən uzaqlaşdırılması üçün ərizə yazdı. QİÇS-lə bağlı məlumatın olmaması səbəbindən müdir və idarə heyəti digər şagirdlərin İİV/QİÇS olmaması üçün ərizələri münasib bildilər. Rayanın ailəsi bu qadağanı ləğv elətdirmək üçün iddia qaldırdı. Rayan ilk əvvəl İndianapolisdə yerləşən ABŞ Rayon Məhkəməsində iddia qaldırdı."Chronology of Ryan White's Fight to Attend School". United Press International. 25 Kasım 1985. Noyabrın 25-də İndiana Təhsil Departamenti və İndiana Sağlamlıq Şurasının verdiyi qərar tətbiq olundu və Rayanın məktəbə geri qayıtmasına icazə verildi."Ruling sends AIDS victim back to class". The Eugene Register-Guard. 26 Kasım 1985.

1980-ci ildə İİV-nun hansı yollarla yoluxduğu hələ tam olaraq aydın deyildi. Alimlər virusun qanla yoluxduğunu bilirdilər, lakin hər hansı bir təsadüfi təmas yolu ilə keçə bilməzdi. 1983-cü ildə Amerika Tibb Dərnəyi "QİÇS-in ev əhalisinin yaxınlığı ilə yoluxa biləcəyi proqnozu" fikri ilə virusun asanlıqla yayıldığını düşünürdülər.a b Shilts, Randy (1987). And the Band Played On: Politics, People, and the AIDS Epidemic. St. Martin's Press. ISBN 0-312-00994-1. QİÇS-lə yaşayan uşaqlara çox nadir rast gəlinirdi, Rayanın məktəbdən uzaqlaşdırıldığı vaxtda ABŞ Xəstəlik Nəzarət Mərkəzinin hesabatına görə, ABŞ-də 148 QİÇS-lə yaşayan uşaq var idi. Kokomoda bir çox ailələr Rayanın məktəbdə iştirakının qəbulolunmaz bir risk daşıdığına inanırdılar.a b c Sharon Cohen (28 Nisan 1986). "City Of Firsts' Struggles with Division over AIDS in School". Associated Press. 1986-cı ilin fevralında Rayanın məktəbə qayıtmasına icazə verilən bir gündə məktəbdə oxuyan 360 şagirddən 151-i məktəbə getməmişdi. Rayan qəzet paylayan kimi işlədiyi vaxtlarda virusun qəzet yoluyla yoluxacağını düşünən bir çox insan abunəliyini ləğv elətdirdi.

San-Fransisko şəhərində QİÇS xəstələrinin müalicə edilməsində geniş təcrübəyə malik olan İndiana ştatının sağlamlıq komissarı Dr. Vudro Mayers və ABŞ Xəstəlik Nəzarət Mərkəzi Rayanın digər şagirdlərə təhlükə yaratmadığını söyləsə də, ancaq məktəb idarə heyəti və ailələr bu bəyanatı nəzərə almadılar. 1986-cı ilin fevralında "Yeni İngiltərə Tibb" jurnalı 101 nəfər üzərində apardıqları araşdırmanı açıqladı. Bu insanlar bir-birləri ilə cinsi əlaqə olmadan, üç ay ərzində qapalı bir mühitdə yaşadılar. İnsanlar diş fırçaları, ülgücləri, geyimləri, daraqları ortaqlı istifadə etdilər, hətta bu insanlar eyni yataqda yatıb, qucaqlaşıb və öpüşdülər. Eksperimentin nəticəsində infeksiyanın yoluxma riskinin imkansıza yaxın olduğu üzə çıxdı.Wallis, Claudia (17 Şubat 1986). "Lessening Fears; Contact does not spread AIDS". Time. 14 Haziran 2010 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 14 Haziran 2010.

Rayan aprel ayında yenidən məktəbə qəbul edildiyində, bəzi ailələr uşaqlarını məktəbdən çıxarıb, başqa məktəbə göndərdilər."Alternative School Opens in AIDS Scare". The Washington Post. 23 Nisan 1986. Rayan ciddi təhdidlər alırdı. Rayanın anası deyirdi ki, küçədə insanlar Rayana tez-tez "Biz sənin homoseksual olduğunu bilirik" deyə qışqırırdılar.a b c Sharon Cohen (28 Nisan 1986). "City Of Firsts' Struggles with Division over AIDS in School". Associated Press. Rayanı pul və redaksiya baxımından dəstəkləyən "Kokomo Tribune" qəzetinin redaktorlarını həm homoseksuallıqda günahlandırdılar, həm də öz məqsədləri üçün ölümlə hədələdilər. Digərləri isə ziddiyyətli vəziyyətlər üzərində dayanırdı; Rayanın mütləq homoseksual münasibət zamanı QİÇS olduğu və ya kiçik bir əlaqə ilə virusa yoluxduğu iddiasında idilər.