Taissa Farmiqa () — amerikalı aktrisa. Karyerasına 2011-ci ildə nümayiş olunmuş Yüksək torpaq dram filmi ilə başladı. O televiziyada ilk debütünü FX-in hit serialı olan Amerikan qorxu hekayəsi: Qatil ev ilə etdi. Teatr debutunu isə 2016-cı ildə Dəfn edilmiş uşaq tamaşası ilə etdi.
Növbəti illərdə Taissa Kor zəng (2013), Zehnin mərkəzində (2013), Midltonda (2013), Sonuncu qızlar (2015), 6 il (2015), Şiddət vadisində (2016) və Qaydalar tətbiq edilmir (2016) kimi filmlərdə çəkildi. O Ədalət liqası gənc titanlara qarşı (2016) və Gənc titanlar: Cudas müqaviləsi filmlərində Ravenin səsini səsləndirmişdir. Həyatı Taissa Nyu-Cersi ştatının Readinqton Tounşip şəhərində doğulub və böyüyüb. O ailədə ən kiçiyidir. Özündən başqa onun Viktor, Vera, Stefan, Nadia, Aleksandr və Larissa adlı bacı/qardaşları var.https://web.archive.org/web/20080903114316/http://www.telegraph.co.uk/culture/film/3559459/Vera-Farmiga-rare-breed.html Uşaqlar Ukraynalı ailədə doğulublar. Anaları Lubomira məktəb müəlliməsi ataları isə Maykl Farmiqa sistem analistidir. Taissadan başqa digər uşaqlar spina bifida xəstəliyi ilə doğulublar.https://web.archive.org/web/20141022132503/http://www.indiewire.com/2011/08/vera-and-taissa-farmiga-talk-higher-ground-strength-vulnerability-self-discovery-courage-185007/https://web.archive.org/web/20140319102331/https://parade.com/269957/scottneumyer/actresses-vera-and-taissa-farmiga-are-sisters-and-best-friends/ Onun babası və nənəsi Nadia və Tedor Spass İkinci Dünya müharibəsi vaxti Karsfild düşərgəsində tanış olublar. Taisa 4-cü sinifə qədər dövlət məktəbində təhsil aldıqdan sonra ev dərsləri almağa başladı. O ukrsayna dilini yaxşı danışa bilməsədə ancaq başa düşməsi yaxşıdır. Həmçinin o 4 il ərzində Amerikan İşarə Dili dərsləri keçib və bunda təcrübəlidir.
Kariyerası Taissa karyerasına bacısı Vera Farmiqanın ilk rejissor debütü olan Yüksək torpaq filmi ilə başladı. Filmdə o bacısı Veranın 16 yaşlı yeniyetmə çağını ifa etdi. Filmin 2011-ci ildə nümayişindən sonra o performansına görə aldığı müsbət rəylərdən sonra ICM Partners ilə müqavilə bağladı. Həmin il Taissa Amerikan qorxu hekayəsi-nin birinci mövsümündə rol aldı və bu rol onun ən uğurlu rolu olaraq ona beynəlxalq tanınma qazandırdı. Qatil ev adlı mövsümdə o Vivien (Conni Britton) və Benin (Delan Makdermot) yeniyetmə qızı olan Violet rolunu oynadı. Bu rol onun ilk profissional rolu idi. Bunan sonra o, Sofia Koppolanın kriminal filmi olan Kor zəng filmində 17 yaşlı Sem Mur roluna çəkildi. Kann kinofestivalında nümayiş olunan film müsbət rəylər aldı.
2013-cü ildə çəkildiyi Midltoun filmindən sonra o Amerikn qorxu hekayəsi-nə qayıtdı və üçüncü mövsümə çəkildi. Cadugarlar məclisi adlı mövsümdə o Zoe Benson rolunu ifa etdi və buna görə yenidən müsbət rəylər aldı. Filmdə ilk baş rolunu Corq Doradonun psixologi trilleri olan Zehnin mərkəzində filmində oynadı. Film 2013-cü ildə Sitges Film Festivalında nümayiş olundu. Növbəti ildə Cemesi Boy filmində rol aldı. Bundan sonra bir sıra filmlərə çəkildikdən sonra o ABC-nin qısa serialı olan İfritələr şəhəri (2015) serialında göründü. Serial 3 seriadan sonra ləğv edildi və yayımlanmamış seriaları isə Hulu vasitəsi ilə yayımlandı.
Filmoqrofiyası Film İl Filmin adı Rol Rejissor Qeydlər 2011 Yüksək torpaq Yeniyetmə Korinne Ualker Vera Farmiqa 2013 Kor zəng Sem Mur Sofia Koppola 2013 Midltounda Audri Martin Adam Rodqers 2013 Zehnin mərkəzində Anna Qrin Corq Dorado 2014 Ceymsi Boy Sara Trevor Vayt 2015 Sonuncu qızlar Maks Kartrayt Todd Strauss-Çulson 2015 6 il Melani Klark Hanna Fidell 2015 Paylaşma Kristal Vilyams Pippa Bianko Qısametrajlı fil 2016 Şiddət vadisində Mari Enn Ti Vest 2016 Ədalət liqası gənc titanlara qarşı Raven (səs) Sem Liu 2016 Qaydalar tətbiq edilmir Sara Bransford Uarren Beatti 2017 Gənc titanlar: Cudas müqaviləsi Raven (səs) Sem Liu 2017 Biz həmişə qəsrdə yaşamışıq Merrikat Bləkvud Stesi Passon 2018 Onların nəyi var idi Emma Ertz Elizabet Çomko İstehsalda 2018 Rahibə Iren bacı Korin Hardi İstehsalda 2018 Uzun naməlum yol Hanna Fidell İstehsalda
Televiziya İl Ad Rol Qeydlər 2011 Amerikan qorxu hekayəsi: Qatil ev Violet Harmon 11 seria 2013–2014 Amerikan qorxu hekayəsi: Cadugarlar məclisi Zoe Benson 13 seria 2015 İfritələr şəhəri Karen Makklaren 8 seria 2016 Amerikan qorxu hekayəsi: Roanoke Sofi Qrin Seria: "Fəsil 9"
Teatr İl Ad Rol Qeydlər 2016 Dəfn edilmiş uşaq Şelli The New Group, Off-Broadway
Qələbələr İl Mükafat Kateqoriya Namizəd Nəticə 2012 Onlayn Film & Televiziya Assosiasiyası Mükafatı Dram serialında ən yaxşı ansambl mükafatı Amerikan qorxu hekayəsi: Qatil ev 2014 Miniserialda ən yaxşı ansambl Amerikan qorxu hekayəsi: Cadugarlar məclisi 2015 Fright Meter Mükafatı Ən yaxşı baş rol aktrisası Sonuncu qızlar
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Nyu-Cersidə doğulanlar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ teatr aktrisaları