Şərif Manatov (; ) — başqırd dövlət və ictimai xadimi, şərqşünas alim, jurnalist, sosioloq, Başqırdıstan milli azadlıq hərəkatının liderlərindən biri. Birinci Türkoloji Qurultayda iştirakçısı olmuşdur.

"Məktəb məcmuəsi" jurnalının məsul müdiri (redaktoru) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə əlaqəlidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub).

Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.

İstinadlar

Kateqoriya:Başqırdlar Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Türkiyə kommunistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar