Tatyana Omelçenko (23 aprel 1994, Krivoy Roq) — 2007–2016-cı illərdə Ukraynanı, 2016-cı ildən isə Azərbaycanı təmsil edən qadın güləşçi.

Karyerası Tatyana Omelçenko birinci uğuruna 2010-cu ildə Bosniya və Herseqovinada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 2012-ci ildə Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Tatyana Omelçenko həmin il Belarusda A. Medvdedin xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu. Daha sonra Tatyana Omelçenko 2014-cü ildə Fransada Paris Qran-Prisinin qalibi oldu.

2015-ci ildə Tatyana Omelçenko Polşada U23 Avropa Çempionatını bürünc medalla başa vurdu. Bir il sonra, 2016-cı ilin yanvarında Tatyana Omelçenko Kiyev şəhərində beynəlxalq turnirin bürünc medalına sahib oldu. Həmin turnirdən sonra Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Tatyana Omelçenko Azərbaycan yığmasının heyətinə cəlb edildi. Həmin ilin martında Tatyana Omelçenko Bolqarıstanda U23 Avropa Çempionatının qalibi oldu, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu.

Tatyana Omelçenko 2017-ci ildə birinci uğuruna martda Kiyev şəhərində beynəlxalq turnirin qalibi olmaqla imza atdı. May ayında Tatyana Omelçenko əvvəl Serbiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu, sonra isə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Noyabrda Tatyana Omelçenko həm də Polşada U23 Dünya Çempionatını bürünc medalla başa vurdu.

2018-ci ildə də Tatyana Omelçenko əvvəl fevralda Kiyev şəhərində beynəlxalq turnirin qalibi oldu, sonra isə mayda Rusiyada Avropa Çempionatının bürünc medalına sahib oldu. Tatyana Omelçenko həm də həmin ilin sentyabrında Belarusda A. Medved beynəlxalq turnirini gümüş medalla başa vurdu. 2019-cu ildə isə Tatyana Omelçenko apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında ardıcıl olaraq üçüncü dəfə bürünc medalın sahibi oldu, sentyabrda isə Qazaxıstanın Astana şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu.

Tatyana Omelçenko 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğu beynəlxalq turnirinin gümüş medalına, fevralda isə Roma şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu. 2021-ci ildə isə Tatyana Omelçenko martda Macarıstanın Budapeşt şəhərində Avropa Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurdu və olimpiya lisenziyasını əldə edə bilmədi.

2022-ci ilin avqustunda Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Tatyana Omelçenko sentyabrda Belqrad şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu. 2022-ci ildə idmanla vidalaşdı.

Nəticələri

SıraİlYarışEv sahibiNəticə Ukrayna12009Yeniyetmələrin Avropa Çempionatı Serbiya11.22010Yeniyetmələrin Avropa Çempionatı Bosniya və Herseqovina3.32011Yeniyetmələrin Avropa Çempionatı Polşa8.42012Kiyev Turniri Ukrayna2.5A. Medved Turniri Belarus3.6Universiada Oyunları Rusiya11.72014Paris Qran-Prisi Fransa1.8D. Kolov - N. Petrov Bolqarıstan4.9Gənclərin Dünya Çempionatı Xorvatiya15.102015U23 Avropa Çempionatı Polşa3.11D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.122016Kiyev Turniri Ukrayna3. Azərbaycan132016U23 Avropa Çempionatı Bolqarıstan1.14Qızıl Qran-Pri Azərbaycan2.15Dünya Çempionatı Macarıstan18.162017Kiyev Turniri Ukrayna1.17U23 Avropa Çempionatı Macarıstan10.18Avropa Çempionatı Serbiya3.19İslam Həmrəyliyi Oyunları Azərbaycan1.20Dünya Çempionatı Fransa22.21U23 Dünya Çempionatı Polşa3.

SıraİlYarışEv sahibiNəticə222018Kiyev Turniri Ukrayna1.23Avropa Çempionatı Rusiya3.24A. Medved Turniri Belarus2.25Dünya Çempionatı Macarıstan18.262019Avropa Çempionatı Rumıniya3.27Dünya Çempionatı Qazaxıstan7.282020Yaşar Doğu Turniri Türkiyə2.29Avropa Çempionatı İtaliya3.302021Kiyev Turniri Ukrayna12.31Avropa Olimpiya Təsnifat Turniri Macarıstan3.32Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan12.332022İslam Həmrəyliyi Oyunları Türkiyə3.34Dünya Çempionatı Serbiya7.

İstinadlar

Kateqoriya:Ukraynanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar