Mişkinski rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Mişkino kəndidir. Coğrafi yerləşməsi Ufa şəhərindən şimalda yerləşir. Rayonun ərazisi 1689,11 km² təşkil edir. İqlimi mülayim kontinentaldır. İsti və bir az quraq oln aqro iqlim regionunda yerləşir. Ərazisindən Bir çayı axır. Ərazisində əsasən boz və tünd boz meşə torpaqları yayılmışdır. Qarışıq, enliyarpaq və iynəyarpaq meşələr ərazisinin 33,1 % tutur. Ərazisindən Ufa — Yanaul, Birsk — Satka avtomobil yolu keçir.

Tarix Mişkinski rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Duvan rayonu ərazisin milli tərkibi: marilər — 71,5 %, tatarlar — 16 %, ruslar — 7,1 %, başqırdlar — 4,9 %, digər millər — 0,5 %.

İnzibati-ətazi vahidləri 14 kənd inzibati vahidliyinə 77 yaşayış məntəqəsi daxildir. İqtisadiyyat 250px|thumb 250px|thumb

Rayon əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşmışdır. Ərazisinin 150,5min ha kənd təsərrüfatına cəlb olunmuşdur . 18,7 min ərazi otlaq sahələridir. Ətlik-südlük maldarlıq, donuzçuluq, taxılçılıq inkişaf etmişdir. Faydalı qazıntıları: gil, qum silikatları.

Sosial sfera Rayon ərazisində 58 ümumtəhsil mərkəzi, 17 orta məktəb, musiqi məktəbi, Mişkino peşəkar uçilişi, 31 kütləvi kitabxana, 49 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus və mari dillərində «Dostluq» qəzeti buraxılır.

Tanınmış şəxsləri Naqim Xarislamovich Aqlyamov (15avqust 1932-ci il doğumlu) — tikintitidə yenilikci, qurucusu, Sosialist Əməyi Qəhrəmanı (1977)Они прославили Челны — Герои Социалистического Труда. Mahmud Səfiyeviç Aktuqanov (25 dekabr 1924 — 24 yanvar 1971) — Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944). Əli Karnay (6 yanvar 1904 — 16 iyun 1943) — başqırd yazıçı, jurnalist, tərcüməçi. Florid Minumulloviç Bulyakov (23 fevral 1948 — 18 yanvar 2015) — başqırd dramaturq, Başqırsıstan Xalq yazııçısı (1995). Qazi Kazıxanoviç Zaqitov (20 avqust 1921 — 23 avqust 1953) — 30 aprel 1945-ci ildə 22: 40-da Berlindəki Reyxstaq binası üzərinə qırmızı bayrağı sancanlardn biri, Böyük Vətən Müharibəsi iştirakçı. İşmay İştubaeviç İşkin (15 dekabr 1914 — 2 avqust 1964) — III Belarus cəbhəsinin 43-cü ordunun 126-cı atıcı diviziyasının 550-cü atıcı polkunun komandiri, kiçik leytenant, Sovet İttifaqı Qəhrəmanı (1945). Kirey Merqen (11 iyul 1912 — 24 yanvar 1984) — başqırd yazıçısı, alim-folklorşünas, ədəbi tənqidçi, filologiya elmləri doktoru (1963), professor (1965). Anton Dmitriyeviç Kostarev (18 sentyabr 1928 — 15 avqust 1985) — maşın operatoru, "Ural" kolleksiyasının qarajının rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1966). Kirill Andreeviç Mixaylov (2 aprel 1983) — Rus kayakçı, Rusiyanın əməkdar idman ustası (2006). Yeqor Orsaeviç Orsaev (12 iyun 1910 — 25 sentyabr 1951) — Sovet İttifaqı Qəhrəmanı (1945). Fanuz Faizoviç Faizov (22 iyun 1935 — 15 noyabr 2009) — qazmaçı, Sosialist Əməyi Qəhrəmanı (1981). Şamil Şərifyanoviç Həmədinurov (2 sentyabr 1950 — 14 noyabr 2014) — başqırd mügənni, Başqırstan Respublikasının Xalq Artisti (2013). Hayernas İlyasovich Çikaev (16 iyun 1925 — 27 iyul 2012) — Ufa Mühərrik İstehsalat Birliyinin çilingəri, Sosialist Əməyi Qəhrəmanı (1980).

Mənbə Mişkinski rayonu administrasiyası

İstinadlar

Kateqoriya:Mişkinski rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər