Çişmi rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi şəhər tipli Çişmi qəsəbəsidir. Coğrafi yerləşməsi Başqırdıstanın mərkəzi hissəsində yerləşir. Rayonun ərazisi 1823,77 km² təşkil edir. İqlimi kontinental, isti, mülayim rütubətlidir. Ərazisinidən Dyoma, Urşak, Karmasdan, Çermasak, Uza və s. çaylar axır. Ərazisində 250-dən çox göl vardır kı, onlarında ümumi sahəsi 1000ha-dır. Qara və boz meşə torpaqları geniş sahə tutur. Ərazisindən səmt qazı, neft, qum-çınqıl qarışığı, agronom filizləri çıxarılır.

Rayon ərazisindən Moskva — Çelyabinsk dəmir yolu, federal əhəmiyyətli m-5 «Ural» avtomagistralı keçir.

Tarixi Rayon torpaqlarından XIV əsrdə Teymurləng keçmişdir. Mixail Vasileviş Frunze isə 1920-ci ildə ağları Çişmidən çıxartmağı bacarmışdır. Diyarda Turaxan və Hüseyn bəyin məqbərələri yerləşir.

Müsəlmanların tarixi əhəmiyyətə malik Kalmaşevo qəbrsanlığının tarixi XVIII əsrə gedir. Barsuanbaşevo kəndində 1724-cü ilə aid məscid saxlanılır. Enqalışevo kəndində isə XX əsrin əvvəllərinə aid məktəb binası vardır. Binanı tacir Manasev tikdirmişdir.

Əhali Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Karmaskalı rayonu ərazisin milli tərkibi: tatarlar — 55 %, ruslar — 20,2 %, başqırdlar — 18,7 %, ukraynlar — 2,5 %, mordvalılarМордовское население в Башкортостане. ФЕДЕРАЛЬНОЕ ГОСУДАРСТВЕННОЕ БЮДЖЕТНОЕ УЧРЕЖДЕНИЕ НАУКИ ИНСТИТУТ ЭТНОЛОГИЧЕСКИХ ИССЛЕДОВАНИЙ ИМ. Р. Г.КУЗЕЕВА УФИМСКОГО НАУЧНОГО ЦЕНТРА РОССИЙСКОЙ АКАДЕМИИ НАУК — 1,5 %, digər millər — 2,1 %.

İnzibati-ətazi vahidləri Rayonda 15 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyat thumb|240 px Rayon əsasən maldarlıq-taxılşılıq üzrə iftisaslaşmışdır. Ərazisinin 130,6 min ha kənd təsərrüfatına cəlb olunmuşdur. 23,9 min ərazi otlaq sahələridir. Kənd təsərrüfatının iri buynuzlu maldarlıq və arıçılıq sahələri inkişaf etmişdir. Sosial sfera Rayon ərazisində 62 ümumtəhsil mərkəzi, 22 orta məktəb, bir uçiliş, 34 kütləvi kitabxana, 58 klub fəaliyyət, 3 xəstəxana göstərir. Burada tatar, rus və başqırd dillərində «Çişmə» — «Rodnik» — «Dim buyı» qəzetləri buraxılır. Sağlıq Mərkəzi rayon xəstəxanası 310 çaypayılıqdır, rayon paliklinikası isə günlük 600 nəfərə xidmət etmə imkanına sahibdir. Bundan əlavə 2 sahə xəstəxanası və 41 həkim-kledşer məntəqəsiu fəaliyyət göstərir. Mənbə Rayon saytı İstinadlar

Kateqoriya:Çişmi rayonu Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər