Məhəmmədşah Buranqulov (tam adı: Buranqulov Məhəmmədşah Əbdürrəhmanoviç; ; ) — başqırd şairi, dramaturq, folklorçuBURANQULOV . ensiklopediya.gov.az . Başqırdıstanın xalq seseni (1944).
Təhsili və fəaliyyəti Başqırd Pedaqoji İnstitutunda oxumuş, 1938-ci ildən Ufadakı Dil və Ədəbiyyat ETİ-də işləmişdir.
Repressiyaya məruz qalması 1950–1956-cı illərdə repressiyaya məruz qalmış, həbsdə olmuşdur. 1959-cu ildə bəraət almışdır.
Yaradıcılığı Başqırd folklorşünaslığının inkişafında onun xidmətləri böyükdür. Belə ki, o mahnıları, rəvayətləri, “Ural batır” xalq eposunu yazıya almışdır; toy mərasimlərinin və digərlərinin təsvirini vermişdir.
Başqırd xalq rəvayətlərinin motivləri əsasında “Aşkadar”, “Başqırd toyu”, “Şəürə” və digər pyeslərin müəllifidir.
Mükafatları Başqırdıstanın xalq seseni (1944).
İstinadlar
Kateqoriya:Ufada vəfat edənlər Kateqoriya:Başqırd folklorşünaslar Kateqoriya:Başqırd şairlər Kateqoriya:Başqırd dramaturqlar Kateqoriya:Başqırdıstan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Rusiya şairləri