Əxlaqi-Nasiri () — Nəsirəddin Tusinin 1235-ci ildə yazdığı əsər.

Kitab İbn Miskəveyhin ərəbcə yazdığı Təharətul-əraq kitabının əlavələr ilə birlikdə fars dilinə tərcüməsidir.Müdərrisi Rəzəvi, Məhəmməd Təqi, Əhval və asare Xacə Nəsirəddin Tusi, Bunyade fərhənge İran, h.ş 1354, s.9

Hamlet İsaxanlının fikrincə, “Əxlaq-i Nasiri” əsəri (1232) Miskaveyh’in “Təhzib əl-Əxlaq” əsərindən (onu tərcümə etmək əvəzinə daha dolğun kitab yazmaq istəmişdir), Aristotel və qismən Platondan istifadə etməklə yazılıb. Bu kitab sistemli praktik fəlsəfə, əxlaq fəlsəfəsi kimi çox oxunub və məşhur olub.Xacə Nəsirəddin Tusinin TƏCRİD ƏL- ETİQAD kitabının ön sözü. səh. 6

Məzmun

Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Nəşr və tərcümə

Əsər Rəhim Sultanov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Bakıda 1989-cu ildə Elm, 2005-ci ildə Lider nəşriyyatında 280 səhifə, 25 min tirajla, 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən 400 səhifədə, 2015-ci ildə Bakı Kitab Klubunda 336 səhifədə, 100 tirajla çap edilmişdir.

Həmçinin bax

Övsafül-Əşraf

İstinadlar

Xarici keçidlər

Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı: Lider, 2005. dinlə; yüklə ISBN 978-9952-417-43-6 Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan tərc. ed. Rəhim Sultanov. Bakı, 2009. 400 səh. ISBN 978-9952-8095-1-0

Kateqoriya:Nəsirəddin Tusinin əsərləri