Qarlı aşırım — Fərman Kərimzadənin tarixi romanı.

Əsər əsasında 1971-ci ildə Kamil Rüstəmbəyovun rejissorluğu, F. Kərimzadənin ssenari müəllifliyi ilə Axırıncı aşırım filmi çəkilmişdir.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143–144; 180; 212–213.Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Məzmun

Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.

Nəşr Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1971-ci ildə, daha sonra 1987-ci ildə Gənclik nəşriyyatında, latın qrafikalı Azərbaycan əlifbası ilə 2016-cı ildə isə Bakı Kitab Klubunda 400 səhifədə, 100 tirajla təkrar çap olunmuşdur.

İstinadlar

Həmçinin bax Axırıncı aşırım (film, 1971) Axırıncı aşırıma qədər (film, 2002)

Xarici keçidlər

"Qarlı aşırım" ədəbi hadisə kimi "Axırıncı aşırım"ın tarixi şəxsiyyətlərə xəyanəti… – FOTOLAR

Kateqoriya:1971-ci ilin kitabları Kateqoriya:2016-cı ilin kitabları Kateqoriya:Azərbaycan romanları Kateqoriya:Fərman Kərimzadənin romanları