Boztəpəarx kanalı - 1924-cü ildə İmişli rayonu ərazisində tikilmiş suvarma kanalı.Ensiklopediya: Meliorasiya və Su təsərrüfatı. Bakı, 2016, s.475 (elektron variantından istifadə edilib)
Tikilmə tarixi 1924-cü ildə İmişli rayonu ərazisində tikilmişdir. Araz çayından su öz axını ilə çayda mexaniki tənzimləmə işləri aparmaqla Boztəpəarx kanalına verilir. Başlanğıcında suyun sərfi 8 m³/san olmaqla torpaq məcrada inşa edilmişdir. İmişli və Beyləqan rayonlarının ərazisində 11 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 45 km-dir.Paşayev E.P., Həsənov F.H. "Azdövsutəslayihə” institutunun tarixi və inkişaf yolu. Bakı: Şərq-Qərb, 2010 , s.86-88
Həmçinin bax Arx Yuxarı Qarabağ Baş-Muğan Yuxarı Şirvan Samur-Abşeron Köhnə Xanqızı kanalı
Xarici keçidlər Daxili sular, çaylar, göllər, kanallar
İstinadlar
Kateqoriya:Azərbaycan su kanalları