Aktrisa — rejissor Rövşən İsaxHüsniyyə. “Aktrisa” təqdim olundu: [Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Media" prodüser mərkəzində istehsal olunmuş eyni adlı film rejissor Rövşən İsaxın quruluşunda] //525-ci qəzet.- 2011.- 8 mart.- S. 7. tərəfindən 2011-ci ildə ekranlaşdırılmış Azərbaycan filmi. Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Pozitiv Media" Prodüser Mərkəzində istehsal edilmişdir. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Filmdə əsas rolları Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax və Şövqi Hüseynov ifa edirlər.
Məzmun Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq Eldar Əfəndiyev (Rövşən İsax) inanır ki, bu qətllərin üstünün açılması bir şifrənin tapılmasından asılıdır.
Bankir Vaqif Fətəliyev (Fuad Poladov) öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Rövşən İsax Əsər müəllifi: İlqar Fəhmi Ssenari müəllifi: İlqar Fəhmi, Rövşən İsax Operator: Rövşən Quliyev Rəssam: Mustafa Mustafayev Geyim rəssamı: Gülnarə Xəlilova Bəstəkar: Vasif Arifoğlu, Nazim Əhmədov
Rollarda Fuad Poladov — Vaqif Fətəliyev Alesa Kaçer — Lalə Fətəliyeva İlham Hüseynov — Rüfət Hüseynzadə Rövşən İsax — Eldar Əfəndiyev Şövqi Hüseynov — Murad Babayev Rəşad Səfərov — Səməd Orucov Məlahət Əhmədova — qulluqçu Zəhra Həsənova Hicran Nəsirova — aşpaz Xədicə Qulamova Salam İsmayılov — bağban Kərim Həsənov Aydın Əliyev — kriminalist Elay Xasıyev — Süleyman Günel Məmmədova — Rəna Natella Kərimova — katibə Elnar Qarayev — əməliyyatçı Yuri Baliyev — baş prokuror Vaqif Şərifov — mühasib Gülnarə Xəlilova — televiziya aparıcısı
Filmi səsləndirənlər Mehman Məmmədov — Rüfət Hüseynzadə (İlham Hüseynov) Gülnarə Hüseynxanlı — Lalə Fətəliyeva (Alesa Kaçer) Rafiq Hüseynov — baş prokuror (Yuri Baliyev) Lətafət Məmmədova — müstəntiqin arvadı Məhərrəm Musayev — mühasib (Vaqif Şərifov) Lalə Kazımova — katibə (Natella Kərimova) Ruslan Nəsirov — müstəntiqin telefonla danışdığı şəxs
İstinadlar
Mənbə Xəlilzadə, F. "Hörümçək toru"nun sirri: Yeni filmlər: [Teatr Xadimlər İttifaqında quruluşçu rejissoru Rövşən İsax olan "Aktrisa" bədii filminin təqdimat mərasimi keçirildi] //Azərbaycan.- 2011.- 12 mart.- S. 7. Zümrüd. “Aktrisa" bədii filminin təqdimatı: [Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Media" prodüser mərkəzində istehsal olunmuş eyni adlı film rejissor Rövşən İsaxın quruluşunda] //Səs.- 2011.- 4 mart.- S. 12. Məlikov, A. "Aktrisa"nın zühuru: [ssenari müəllifi İlqar Fəhmi, rejissoru Rövşən İsax olan eyni adlı film haqqında] //Pəncərə mədəniyyətə baxış.- 2011.- № 26.- S. 88-93.
Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər