Maqsud Maqsudov — Göyçay Rayon Xalq Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası İmişli Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Partiya Komitəsinin birinci katibi.

Həyatı Maqsud Maqsudov 30-cu illərdə bir sıra mühüm dövlət vəzifələrində çalişmış, əvvəlcə Xaçmaz, sonra isə Şəki rayonlarında MTS-lər üzrə partiya komitəsinin katibi işləmişdir. 1935-ci ildə Balakən Rayon Partiya Komitəsinin birinci katibi, 1 il sonra isə İmişli Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1939-cu ildə Göyçay Pedagoji Texnikumunun direktoru, 1947-ci ildə isə Göyçay rayon Icraiyyə Komitəsinin sədri seçilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası İmişli Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri