Volqa-Don 2 (Volqa-Don 2 kanalı) — Volqaqrad su anbarından (Volqa çayından) Don çayına suyun ötürülməsi üçün təyin edilmiş İrriqasiya kanalı layihəsi.
Haqqında Kanalın əsas tikinti məqsədi Volqa-Don gəmiçilik kanalının funsionallaşdırılmasında don sularının xərclərini kompensasiya etməyin zəruriliyi olub. Cənubi Volqaqraddan başlayan mövcud Volqa-Don gəmiçilik kanalından fərqli olaraq Volqa-Don 2 Yerzovka qəsəbəsindən başlamalı və Qraçi və Panşinodan qərbə doğru hərəkət edirdi. Tikinti 1980-ci illərdə başlayıb və ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlı olaraq 1990-cı ildə dayandırılıb. "Kommersant-Vlast" jurnalının məlumatına görə tikintinin smetasının qiyməti 279, 7 milyon rubl olub, lakin onun konservasiyası vaxtı müxtəlif mənbələrə görə bu məbləğ 130-dan 141, 7 milyon rubla qədər olub. Dəyərləndirməyə görə işlər dayandırılana qədər kanalın 20%-i tikilib başa çatdırılmışdırXəzər dənizindən Qara dənizə» . Müəllif: İvan Krımov, Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının baş müəllimi. «Marskiye vesti» (Dəniz xəbərləri), 2008-ci ildə dərc olunub..
Kanalın tikilən hissəsi kosmosdan 48°56′47″ şm. e. 44°37′14″ ş. u.-da yaxşı görünür. KİV vasitələrinin məlumatlarına görə 2000-ci ildə tikinti işlərinin böyük hissəsi - beton plitələr, metal armaturlar və b. kanalın tikilən hissəsində dağıdılmışdı; şyuzlarından nə dəmir qapı, nə beton, hətta dəmir tellər belə qalmamışdır. 2000-ci ildə keçmişdə tikilən kanallardan Yerzovka kanalında hələ də qorunub saxlanılan hissələr vardı və Volqaqradda işləyirdi. Yerzovka ilə Volqaqrad arasındakı məsafə 20 km təşkil edir. «Tikintisinə 750 milyon rubl xərclənmiş II Volqa-Don kanalının tikintisi 10 il əvvəl dayandırılmışdı» (14 noyabr 2000-ci il)
2000-ci illərdə Volqa-Don 2 adı ( o cümlədən də Volqadon - 2) digər müzakirə olunan layihə ilə müqayisədə daha çox işlənirdi.«Volqa-Don-2 yaxud "Avrasiya"?» Rusiya Dəmir Yolu-Əməkdaş, 30.07.2007
Xarici keçidlər İnşa edilməmiş kanalın tarixi Dəfn edilmiş milyonlar. Volqa-Don 2 kanalının tikintisi niyə başa çatdırmayıblar? Volqa-Don 2 kanalı
Həmçinin bax Volqa
Volqa-Xəzər kanalı
Don çayı
Volqa-Don kanalı
İstinadlar
Kateqoriya:Kanallar Kateqoriya:Nəqliyyat Kateqoriya:Volqa