37-ci ilin "Koroğlu"su qısametrajlı sənədli televiziya filmi rejissor Mirsadıq Ağazadə tərəfindən 2013-cü ildə çəkilmişdir. Film "Carçı film" (İctimai televiziya)də istehsal edilmişdir. Film dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Koroğlu" operasının yazılma tarixindən bəhs edir.

Məzmun Film dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Koroğlu" operasının yazılma tarixindən bəhs edir.

Koroğlu» — beş pərdəlik operadır. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. «Koroğlu» operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.

Filmin üzərində işləyənlər Ssenarist: Müsəllim Həsənov Rejissor: Mirsadıq Ağazadə Operator: Manaf Quliyev

İstinadlar

Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər