Pərvin Abıyeva (17 oktyabr 1990, Ağsu) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı.
Həyatı Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə Ağsuda anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
Karyerası İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir. Hal hazırda "Dəmir Qazan" və "Gecə Qonağı 2" filmlərinə çəkilir. 2017-ci ildə "Bacanaqlar" serialında Delya rolunu alır. Xənnas filminə çəkilir.
Filmoqrafiya Həyat varsa... (serial, 2012-2014) rol: Kəmalə Qarabağnamə (film, 2012) İkinci bahar (serial, 2014) rol: Kəmalə 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax) "Zabit Şərəfi" rol: Leyla Ay brilyant (film, 2015) rol: Şəms Oğurlanmış arzular (serial, 2013) rol: Aysel Gecə qonağı (film, 2015) rol: Zərifə Tufanlı səma (serial, 2015) rol: Səma Yarımdünya (film, 2015) Bir zamanlar Şəkidə (film, 2017)" () rol: Kəmalə Bacanaqlar. Şərikli Ev (serial, 2017) rol: Delya Dəmir qazan (film, 2017) (tammetrajlı bədii film) rol: Leytenant Sevda Abıyeva Gecə qonağı 2 (film, 2017) (tammetrajlı bədii film) rol: Zərifə Xənnas (film, 2017) Yanlış Anlama (film,2018)
İstinadlar
Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:Azərbaycan aktrisaları