21 sual — rejissor Ələkbər Əliyev tərəfindən 2017-ci ildə çəkilmiş tammetrajlı bədii film. Film "Glad production"da istehsal edilmişdir. Baş qəhrəmanımız həyatda özünü tapmayan, xanımlarla münasibətdə nə istədiyini bilməyən bir nəfərdir. Nəhayət qarşısına ömür boyu axtardığı həmin o ideal xanım çıxır. Və əsl “kino” bundan sonra başlayır. Filmdə əsas rolları Taleh Yüzbəyov, Aytən Əlizadə, Sərdar Gözəlov, Ziyad Qurbanov, Rəşid Əliyev, Allahverdi Yolçuyev və Fatma Mahmudova ifa edirlər.
Məzmun Eldar, Bəxtiyar, Elnur və Əlihüseyn uşaqlıq dostudurlar. Eldar (Taleh Yüzbəyov) sevdiyi qız Günayla (Aytən Əlizadə) evlənmək fikrindədir, amma toy etmək üçün pulu yoxdur. Dostları ilə birgə pul axtararkən mükafatı 10.000 manat olan "Yalan dedektoru" adlı verilişin elanını görür və verilişə qatılır. Veriliş boyu verilən suallar nəticəsində Eldar öz maraqlı və gülməli keçmişi ilə üz-üzə qalır.
Filmin üzərində işləyənlər Ssenarist: Əli Mayılov Rejissor: Ələkbər Əliyev Operator: Naib Əhmədov Prodüser: Əli Mayılov Rəssam: Bahar Dəmirli
Rollarda Taleh Yüzbəyov — Eldar Aytən Əlizadə — Günay Sərdar Gözəlov Ziyad Qurbanov Rəşid Əliyev Allahverdi Yolçuyev Fatma Mahmudova
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2017-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Facebook səhifəsi
Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər