Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Tarixi Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.78, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.l 1 qeyd edilmişdir.
Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır.
Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimiДревнетюркский словарь, Л., «Наука», 1969. s.84 əsasında formalaşmışdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1829-30-cu illərdə İranın Xoy, Maku, Türkiyənin Salmas, Van, Alaşkert vilayətlərindən köçürülmüşdürHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.69. 1829-cu ildə kəndə İrandan 83 erməni köçürülmüşdürШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.591-594. 1831-ci ildə kənddə 182 nəfər azərbaycanlı yaşamışdır. 1840-50-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılmış və kənd tam ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Dərəçiçək kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri