Tazıuçan dağı – Вabəк rayonu ərazisində dağ (hünd. 935 m). Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində, Arazın sol sahilində, Böyükdüz düzənliyinin qərb kənarını hüdudlayan silsilənin suayırıcısında zirvə. Böyükdüz kəndindən 5,7 km qərbdə, Qarğalıq dəmiryol stansiyasından 900 m şimaldadır. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli, günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində müşahidə edilən eyniadlı sinklinalın şimal-qərb qanadında yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Babək rayonunun dağları