Sağarsuçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Gilançayın (Arazın qolu) sol qolu.
Haqqında Zəngəzur silsiləsinin ətəyindən, 3065 m. hündürlükdə yerləşən Göygöldən başlanır. Uzunluğu 10 km, hövzəsinin sahəsi 21 kv. km-dir. Əsasən, yeraltı sular (36%) və qar suları (50%) ilə qidalanır. Göygöl çayı da adlanır.
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları