Təhsil jurnalı — Ayda bir dəfə 92 səhifə həcmində çap olunan mətbu orqanı.Mərdanov M. Azərbaycan təhsil tarixi, 3-cü cild (müstəqillik illəri). Bakı, 2011, s. 611–612
Haqqında "Təhsil" jurnalının ilk nömrəsi 2007-ci ildə işıq üzü görmüşdür. Maliyyə çətinliyindən jurnalın çapı bir müddət dayandırılmışdır. 2010-cu ilin may ayından jurnal fəaliyyətini davam etdirir. Baş redaktoru Malik Novruzovdur. Ayda bir dəfə 92 səhifə həcmində çap olunur.
Jurnalın şöbələri "Ali məktəb və orta ixtisas təhsili" şöbəsi. "Texniki-peşə, ümumi təhsil və məktəbəqədər tərbiyə" şöbəsi. "Reklam və elanlar" şöbəsi.
"Təhsil" jurnalının əsas məqsədi "Təhsil" jurnalının əsas məqsədi təhsil sahəsində dövlət siyasətini təbliğ etmək, ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil sahələrində ölkəmizdə aparılan islahatlardan, müəllimlərin, məktəb rəhbərlərinin qabaqcıl iş təcrübəsindən bəhs etmək, xarici ölkələrdə təhsil sahəsində qazanılan uğurlardan, kurikulumların məktəblərdə tətbiqindən və ibtidai sinif müəllimlərinin bu sahədəki fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Məktəb-valideyn əlaqələrinin genişlənməsi, gənclərimizin düzgün tərbiyə olunması, ana dilimizin və mənəvi dəyərlərimizin qorunub saxlanması da jurnalın diqqət yetirdiyi sahələrdəndir.
Həmçinin bax Azərbaycan məktəbi (jurnal) Fizika, riyaziyyat və informatika tədrisi (jurnal) Təhsil xəbərləri məlumat-informasiya məcmuəsi Kurikulum" elmi-metodik jurnalı
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Pedaqoji jurnallar Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar