Aşağı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.

Tarixi Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Türkmənli» formasındaД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.248 qeyd edilmişdir.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li mənsubluq şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindənQızılbaşlar tarixi (tərcümə və şərhlər M.Ə.Məhəmmədindir), Bakı, «Azərbaycan», 1993. s.18 əmələ gəlib, «Türkmən tayfasının yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) qoyulmuşdur.İbrahim Bayramovun «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» adlı əsəri

Mənbə

İstinadlar

Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri