Olvin Toffler (; ) — Amerikalı Futuroloq, yazıçı, jurnalist və sosioloq.
Həyatı Olvin Toffler 3 oktyabr 1928-ci ildə ABŞ, Nyu Yorkda anadan olmuşdur.
Fəaliyyəti Görkəmli ABŞ yazıçısı, sosioloq və futuroloq, informasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən biri olan Olvin Toffler rəqəmsal inqilab, informasiya inqilabı və texnoloji çevriliş haqqında əsərlərin müəllifidir. Məşhur "Fortune" jurnalının redaktoru olmuş Toffler ilk kitabını texnologiyaların inkişafına və onların cəmiyyətə təsirinə həsr etmişdir. Hal-hazırda o, Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun və Elmin İnkişafı üzrə Amerika Asossiasiyasının üzvü, ədəbiyyat, hüquq, menecment və təbiət elmləri fəxri doktorudur.
Ədəbiyyat Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
İstinadlar
Kateqoriya:Futuroloqlar Kateqoriya:ABŞ filosofları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Sosial filosoflar