Pir Ömər Naxçıvani ziyarətgahı — Naxçıvanın orta əsrlərdə tanınmış ziyarətgahlarından biri.

Tarixi XIV əsr İran tarixçisi Zeynəddin bin Həmdullah Qəzvininin "Zeyle-tarixe-qozide" ("Seçilmiş tarix"in davamı) əsərində Pir Ömər Naxçıvani ziyarətgahının adı çəkilir. Müəllifin məlumatına görə, Cəlalilər dövlətinin (1341–1431) şahzadəsi Sultan Əhmədin (1382–1410) hakimiyyət uğrunda mübarizəsi dövründə əsaslı surətdə qarət olunmuşdur.

Ədəbiyyat Zeynəddin bin Həmdullah Qəzvini. Zeyle-tarixe-qozide. (fars dilindən tərcümə, müqəddimə, qeydlər və göstəricilər M. D. Kazımov və V. Z. Piriyevindir.) Bakı, 1990.

İstinadlar Kateqoriya:Naxçıvan pirləri