Miyanpur — Naxçıvanda, xüsusilə Ordubad bölgəsində geniş yayılmış çərəz.
Haqqında Miyanpur əsasən, ərik və şaftalı qaxından hazırlanır. Qurudulmuş meyvələrin çəyirdəyi çıxarılaraq arasına qoz və ya badam ləpəsi qoyulur, sonra onlar sapa düzülür. Xalq arasında miyanpurdan ümumi zəifliyin, başgicəllənmənin, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi də istifadə edilir. Cənubi Azərbaycanda əncirdən də miyanpur hazırlanır. İstinadlar
Kateqoriya:Naxçıvan mətbəxi Kateqoriya:Ordubad mədəniyyəti