2013 Futbol üzrə Azərbaycan Superkuboku — Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir. Oyun 23 oktyabr 2013-cü ildə İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirilmişdirNaxçıvanda futbol üzrə Azərbaycan Superkuboku uğrunda görüş olmuşdur. serqqapisi.az, 24.10.2013 . Superkubok oyununda Topaz Premyer Liqasının qalibi "Neftçi" və Azərbaycan kubokunun finalçısı "Xəzər-Lənkəran" komandaları üz-üzə gəlmiş və oyun "Xəzər-Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır.

18 il sonra Futbol üzrə Azərbaycan Superkuboku bu adla ilk dəfə keçirilsə də, bundan hələ 18 il əvvəlBarometr, yoxsa Superkubok? - LAYİHƏ . apasport.az, 30.07.2016 – 1995-ci ildə sonuncu Superkubok matçı "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. 2013-cü ildəki bu oyun Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir olsa da, əslində 1993 "Səhər" qəzetinin Superkuboku və 1995 "Səhər" qəzetinin Superkuboku matçlarından sonra üçüncü oyun idi. Maraqlısı odur ki, baş tutan hər üç matçda da rəqiblərdən biri Bakının "Neftçi" komandası olmuşdur. 1994-cü ildə isə "qızıl dubl" müəllifi olan "Qarabağ" klubu "het-trik"i rəsmiləşdirmişdir.

Oyun thumb|170px|90-cı dəqiqədəki qolun müəllifi Rasim Ramaldanov Rəhim Həsənovun baş hakim olduğu oyunun birinci hissəsində "Xəzər-Lənkəran" Etame Mbillanın 28-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə irəli çıxmışdır.

Oyunun ikinci hissəsində Sadio Tounkara 64-cü dəqiqədə aldığı ikinci sarı vərəqədən sonra qızmızı kart görmüş və "Xəzər-Lənkəran" oyunu 10 nəfərlə davam etdirmişdir. 4 dəqiqə sonra – 68-ci dəqiqədə "Neftçi" Karlos Kardosonun qolu ilə hesabı bərabərləşdirsə də bir nəfər azlıqda oynayan "Xəzər-Lənkəran" Rasim Ramaldanovun 90-cı dəqiqədə vurduğu qolla matçdan 2:1 hesablı qələbə ilə ayrılaraq ilk dəfə Azərbaycan Superkubokunun sahibi olmuşdurХЛ становится обладателем Суперкубка (LIVESCORE, ОБНОВЛЕНО) . azerisport.com, 23.10.2013 .

Oyunun nəticələri

GK 33 Duqlas Leite DF 3 Vanderson SkarduelliDF 4 Alvaro SilvaDF 6 Rasim Ramaldanov MF 7 Sadio Tounkara , , MF 10 Elnur Abdullayev MF 11 Zohair Benuahi MF 14 Rahid Əmirquliyev (c) CF 20 Etame Mbilla DF 27 Adrian SkarlatakeCF 55 Ağabala Ramazanov Əvəzetmələr:MF 8 Edu Oriol MF 22 Deyvid Sakkoni MF 42 Kamran Abdullazadə Baş məşqçi: Con Toşak GK 30 Saşa Stamenkoviç DF 2 Karlos Kardoso DF 3 Denis SilvaMF 6 Rəşad Sadiqov (c)MF 7 Araz Abdullayev MF 9 Flavinyo FW 14 Bahodir Nasimov MF 15 Erik RamosDF 16 Bruno BertuççiMF 19 Mirhüseyn Seyidov DF 22Mahir Şükürov Əvəzetmələr:FW 11 Melvin Platye FW 90 Ernest Nfor MF 10 Cavid İmamverdiyev Baş məşqçi: Tərlan Əhmədov Baş hakimin köməkçiləri: Yaşar Abbasov Vaqif Musayev Dördüncü hakim: Rauf Cabbarov Əlavə köməkçi hakimlər: Əliyar Ağayev Orxan Məmmədov AFFA nümayəndəsi: Şaiq Həmidov Hakim-inspektor: Xaqani Məmmədov Qeyd: 1. Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 6 dəq.

Mükafatlandırma Oyundan sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov təqdim etmişlər.

"Neftçi" komandası gümüş medallarla mükafatlandırılmış; "Xəzər-Lənkəran" komandasının üzvlərinə isə qızıl medallar və kubok təqdim olunmuşdur.

Yayımı Oyun "İdman Azərbaycan" kanalı və Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.

İstinadlar

Həmçinin bax 1993 "Səhər" qəzetinin Superkuboku 1995 "Səhər" qəzetinin Superkuboku

Kateqoriya:Azərbaycan Superkuboku Kateqoriya:23 oktyabrdakı hadisələr Kateqoriya:2013/2014 mövsümündə Azərbaycanda futbol Kateqoriya:Naxçıvanda futbol Kateqoriya:2013-cü ildə futbol