Gəmiqaya  dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 3725,9 m).  Zəngəzur silsiləsinin suayırıcısında, Nəsirvaz kəndindən 7 km cənub-şərqdə yerləşən zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, meridional istiqamətdə uzanan piramıdaya oxşar qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir. Cənub-şərq yamacından şimal-şərq istiqamətli fay qırılmaları keçir. E.ə. III-I minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar və Bibqətəl piri buradadır. 

Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində m.ö. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir

Həmçinin bax Ağrı dağı Ağqaya Cindağ Elti dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları