Niklas Süle () — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusu.

Klub karyerası Süle futbolçu karyerasına Rot-Veyb Valldorf klubunda start vermişdir. 2006-cı ildə Süle Ayntraxt Frankfurt klubuna transfer olmuşdur. 2008–09 mövsümünün sonunda Süle klubu tərk etmişdir. O, Darmştadt klubu ilə müqavilə imzalamış, yarım il sonra isə 1899 Hoffenhaym klubuna keçmişdir. 2017-ci ilin yanvar ayında Süle Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. Süle Hoffenhaym klubu ilə Bundesliqada debütünü 11 may 2013-cü ildə Hamburq klubuna qarşı oyunda etmişdir. O, görüşə ilk on birlikdə start vermiş və 81-ci dəqiqədə Andreas Lüdviq ilə əvəz olunmuşdur. Hoffenhaym həmin görüşdə 4–1 hesabı ilə məğlub olmuşdur.

Milli karyerası Süle Almaniya U-17 millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.

O, 2016 Yay Olimpiya Oyunlarında iştirak etmiş və Almaniya millisi ilə gümüş medalın sahibi olmuşdur.

Süle 2016-cı ilin avqust ayında Finlandiya və Norveç milliləri ilə oyun üçün Almaniya milli futbol komandasına çağırılmışdır. O, Finlandiya millisi ilə oyunda 59-cu dəqiqədə meydana daxil olmuşdur.

Şəxsi həyatı 29 mart 2017-ci ildə Türkiyə FA Niklas Süleyə Türkiyə millisində oynamaq üçün dəvət göndərmişdir. Buna səbəb oyunçunun adının Türkiyə adları ilə səsləşməsi olmuşdur, lakin Süle Türkiyənin təklifini rədd etmişdir.

Karyera statistikası

KlubMövsümLiqaKubokKontinentalDigərÜmumiLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQol1899 Hoffenhaym II2012–13Regionalliqa Südvest40—402013–142020Ümumi60—601899 Hoffenhaym2012–13Bundesliqa2000—20402013–1425431—2852014–15151201712015–16330103402016–1733210342Ümumi107771—201168Ümumi karyera11377100201228İstinad: 1.Pley-off görüşləri daxildir.

Uğurları

Milli komanda Almaniya Yay Olimpiya Oyunları: Gümüş Medal, 2016 FİFA Konfederasiyalar Kuboku: 2017

Fərdi Bundesliqa Mövsümün komandası: 2016–17

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Hoffenhaym FK futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Almaniya idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Futbol mərkəz müdafiəçiləri