Lüdmila Konstantinovna Bobrus-Poradnik (qızlıq soyadı: Bobrus; d. 11 yanvar 1946; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lüdmila Bobrus, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Bobrus, həm də Dünya Çempionatlarında 2 gümüş və 1 bürünc medala sahib olub.
Karyerası Lüdmila Bobrus, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lüdmila Bobrus növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
İstinadlar
Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1980 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1980 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları