Alabəzək usneya () — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür.http://redbook.az/?options=project&id=Alab%C9%99z%C9%99k%20usneyaAzərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı: 2013
Qısa morfoloji təsviri Tallomu kolşəkilli, dəstəvari-dikduran, uzunluğu 5–10 sm-ə qədər, sarı-yaşılımtıl, bozumtul –yaşıl rənglidir, dixomik yaxud simpodial şaxələnmişdir. Budaqları silindrik, qabıq təbəqəli, üst hissəsi sıx məməcik və fibrillərlə örtülüdür. Apotesilər çoxsaylıdır, diski açıq rəngli, kənarları kirpiklərlə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır.Бархалов Ш. О. 1969
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Mezofitdir, sporla çoxalır. Antimikrob xüsusiyətinə görə qədim xalq təbabətində və tibdə dərman bitkisi kimi istifadə olunur.Шретер А. И., 1979Атлас ареалов и ресурсов лекарственных растеный СССР, 1980
Yayılması Zaqatala rayonu (Zaqatala Dövlət Qoruğunda), Qusar rayonu (Hil kəndin cənub –qərb hissəsi), Göygöl rayonu (Göygöl Dövlət Təbiət Qoruğu 1700–1800m). Dağ meşədə yarpaqlı ağacların qabığında yayılmışdır.Новрузов В. С., 1990
Sayı və tendensiyası Populyasiya azalır. Antropogen və iqlim təsirləri növün itmə təhlükəsini gələcəkdə yarada bilər.
Məhdudlaşdırıcı amillər Əhali tərəfindən ağacların qırılması və atmosferin çirklənməsidir.
Mühafizə tədbirləri Növün arealını xəritələşdirmək. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək lazımdır.
İstinadlar
Kateqoriya:Şibyələr Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar Kateqoriya:20–24 ID olan Taksonbar