komandalar yığını – mikroprosessorun tanıdığı və yerinə yetirdiyi maşın komandaları sistemi. Komandalar yığınına toplama, çıxma, vurma və bölmə kimi aşağı səviyyəli addım-addım komandalar daxildir. Hər bir mikroprosessorun öz komandalar yığını var, ancaq bəzi hallarda komandalar yığını daha geniş təyin olunur və ora proqramlaşdırma dillərindəki komandalar daxil olur.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kateqoriya:Kompüter Kateqoriya:Kompüter arxitekturası Kateqoriya:Prosessor