Beriev A-50 ("A" məhsulu, NATO kodlaşdırılmasına görə: Mainstay — "İstinadgah") — uzaq radiolokasiya müəyyən və idarə edilməsi təyyarəsi. "Moss"u əvəz etmək üçün nəzərdə tutulmuş "A-50" ilk uçuşunu 1978-ci ildə gerçəkləşdirmişdir. 1984-cü ildə, Rusiya HHQ-də istifadəyə verilmiş və 1992-ci ildən bu yana təxminən 40 ədəd istehsal edilmişdir.

Layihələndirilməsi və hazırlanması left|thumb| Beriev A-50 Şmel 15 nəfərdən ibarət olan heyəti, antennası təyyarənin üst hissəsində 29 ft 9 in (9.00 m) hündürlüyündəki fırlanan radar günbəzinə yerləşdirilmiş Liana izləmə radarından məlumatları toplayır. A-50 maksimum 10 dədə hərbi təyyarəni idarə edə bilir. Təyyarənin maksimum qalxış çəkisi olan 190 ton ilə aviabazadan havaya qalxıb 1000 km mənzilə qədər 4 saat dayanmadan uça bilər.

Təyyarə nəzəri olaraq İL-78 tərəfindən havada yanacaqdoldurma qabiliyyətinə malik olmasına baxmayaraq test uçuşları zamanı tanker təyyarənin quyruq turbulentliyinə girərək həddindən artıq silkələndiyinə görə demək olar ki, bunun mümkün olmadığı görünmüşdür.[Ilyushin IL-76, Russia's Versatile Airlifter, Aerofax] "Veqa-M" radarı Moskvada MNIIP tərəfindən modernləşdirilimişdir və NPO-Vega-M tərəfindən istehsal olunmuşdur. "Vega-M" radarı 230 km mənzil içindəki 50 müxtəlif hədəfi eyni zamanda izləyə bilir. Gəmi kimi böyük hədəfləri 400 km uzaqlıqdan da görmək olur.

Modelləri right|thumb|İl-76md SKİP modeli A-50m — təkmilləşdirilmiş Rus Modeli A-50У — yenilənmiş Modeli, Rusiya üçün İzdeli-676[Gordon, Yefim, OKB Ilyushin, 2004, London] — bir nüsxədə istehsal olunan telemetriyaya nəzarət modeli İzdeli-776 — bir nüsxədə istehsal onunan telemetriya və izləmə modeli İzdeli-976 (SKİP) (СКИП — Təyyarə Nəzarət-İdarəetmə Məntəqəsi) — İl-76 bazasında yaradılan Məsafədan İdarəetmə və Raket İzləmə platforması. İlk olaraq Raduga Kh-55 idarə olunan nüvə raketləri sınaqlar dəstəkləmək üçün istehsal edilmişdir. Digər avadanlıqlarlala təchiz olunumuş stasionar radar qapağı və monitorlu izləmə operatoru kabinəsi vardır (bir prototip və beş nüsxə istehsal edilib). İzdeli-1076 — bir nüsxədə buraxılan xüsusi xidmət modeli. Missiyası haqqında məlumat mövcud deyil. A-50İ — İsrail Phalcon radarı ilə təchiz edilmiş model, Çin Xalq Respublikası üçün dizayn edilmişdir, ABŞ-nin təzyiqi ilə layihə ləğv edilmişdir. A-50E/I — Rus Shmel və ya İsrail Phalcon radar ilə təchiz edilmiş ixrac modeli. KJ-2000 — Çin şirkəti tərəfindən işlənib hazırlanmış A-50İ bazalı model.

İstifadəçilər border|22x22px Rusiya Rusiya HHQ — 29 ədəd

Keçmiş istifadəçilər border|22x22px SSRİ Sovet Hərbi Hava Qüvvələri Sovet Hava Hücumundan Müdafiə Qüvvələri

Texniki Xüsusiyyətləri (A-50) Ümumi Xarakteristikaları Ekipaj: 15 Uzunluq: 49.59 metr (152 ft 8 in) Qanad açıqlığı: 50.50 metr (165 ft 6 in) Yüksəklik: 14.76 metr (48 ft 5 in) Qanadın sahəsi: 300 m² (3,228 ft²) Boş çəkisi: 75,000 kq (165,347 lb) Maksimum qalxış ağırlığı: 170,000 kq (374,786 lb) Güc qurğuları: 4× D-30KP Turbofan, 117,68 kN (35,200 lbf) bir ədədi Maksimum sürət: 800 km/s (497 mph) Uçuş mənzili: 6,400 km (3,977 mi) Xidmət hündürlüyü: 12,000 m (39,371 ft)

İstinadlar

Həmçinin bax Müasirləşdirmə il bağlı: İl-76, KJ-2000

Həmkarı olan Hava Gəmiləri: E-3 Sentry

Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Beriev təyyarələri Kateqoriya:Dördmühərrikli reaktiv təyyarələr Kateqoriya:SSRİ hərbi radarları