() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Biologiyası Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. Böcəklə ən çox yaz aylarından başlamış iyunun sonu və iyulun əvvəllərində rast gəlinir. Bu müddət böcəklərin birinci nəsilvermə dövrü hesab olunur. İsti yay günlərində (30oC-dən artıq) bükülmüş yarpaqların içərisində yay diapauza halı keçirirlər. Qışlamalarını qidalandıqları ağacların günəşə tərəf hissəsində qabığın altında keçirirlər. Böcək özü qara rəngdə olub, qanadüstünlüyünün üzərində 4 kiçik ləkəsi var, qısa tükcüklərlə örtülüb. Baş hissə haşiyəlidir, mürəkkəb-fasetli gözləri aydın görünür, geniş xalına malikdir, qara rəngli olub, 9 buğumdan ibarətdir. Qanadüstünlüyündə çiyninə yaxın hissədə qırmızı sarımtıl, uzunsov ləkələr var. Böyüklüyü 3–5 mm-dir.
Yayılması Qərbi Avropada, Orta Asiyada və Zaqafqaziyada daha geniş yayılıbdır. Azərbaycanın bütün təbii zonalarında yayılıblar.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları