Blastoideyalar (Blastoidea) dəniz qönçələri — dərisitikanlıların Crinozoa yarımtipinə mənsub olan nəsli kəsilmiş sinfi. Skeleti beşşüalı simmetriyalı, düzgün qönçəşəkilli fincan, gövdə və braxiolalardan ibarətdir. Fincan bir-birinə bitişən 13 lövhədən ibarətdir. 3 alt lövhə saplağın üzərində oturur, daha üstdə qurşaq təşkil edən 5 şüa lövhələri və ondan da üstdə 5 şüaarası lövhələr yerləşir. Saplaq qısa və ya heç olmur. Blastoideyalar paleozoyun dəniz hövzələrində dibə təhkim olunmuş həyat tərzi keçirmişlər. Silur-perm xüsusilə karbon dövrü üçün səciyyəvidir.
Həmçinin bax
Dərisitikanlılar Skelet Paleozoy erası Silur dövrü Perm dövrü Karbon dövrü
Mənbə
Kateqoriya:Geologiya
Kateqoriya:Geologiya terminləri Kateqoriya:Nəsli kəsilmiş dəniz məməliləri Kateqoriya:Dərisitikanlılar