İslam Hərbi İttifaqı (, — beynəlxalq terrorçuluq və İŞİD-lə mübarizə üçün yaradılmış İslam dünyasına mənsub 34 üzv dövləti birləşdirən hökumətlərarası hərbi blok.
Koalisiya üzvləri Səudiyyə Ərəbistanı İslam Hərbi İttifaqının yaradılması barədə 15 dekabr 2015-ci ildə elan etdi. Koalisiyaya Səudiyyə ilə yanaşı, Banqladeş, Bəhreyn, Benin, Qabon, Qvineya, Cibuti, Misir, İordaniya, Yəmən, Qətər, Küveyt, Komor adaları, Kot-d'İvuar, Liviya, Mavritaniya, Malayziya, Mali, Maldiv adaları, Mərakeş, Niger, Nigeriya, BƏƏ, Pakistan, Fələstin, Seneqal, Sudan, Syerra-Leone, Somali, Tunis, Türkiyə, Toqo və Çaddır.
Səudiyyə Ərəbistanının regional rəqibi olan şiə İranı koalisiyaya daxil edilməyib. Həmçinin, Suriya, İraq və Oman da ittifaqa qoşulmayıblar. Buna baxmayaraq, Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, koalisiya sırf sünni dövlətlərin ittifaqı olmayacaq, təşkilatın yaradılma məqsədi isə terrorla mübarizədir. Pakistan, Malayziya və Livanın ittifaqa daxil edilməsi bu dövlətlərin razılığı ilə baş verməyib, həmçinin Qabon, Benin və Toqonun əhalisinin çox hissəsi müsəlman deyil
Tənqidlər Bu hərbi ittifaqın yaradılması çoxları üçün gözlənilməz oldu. Həmçinin, onun yaradılması haqda ölkə başçılarının zirvə toplantısında deyil, Səudiyyə Ərəbistanının müdafiə nazirinin açıqlamasında xəbər verilib.
İstinadlar
Kateqoriya:Antiterrorizm Kateqoriya:Hərbi-siyasi bloklar Kateqoriya:Əlifba sırasına görə təşkilatlar Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatı