Tallar — Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa.

Haqqında Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər.Yusifov Y.B. Qədim Şərq tarixi. Bakı: Bakı Universiteti, 1993,səh.138.Всемирная история. т. I, Москва: Госиздат, 1956. səh. 311, 515 Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi, http://e-kitab.nakhchivan.az/Az/PDF.aspx?id=11332 , Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar.Дьяконов И.М. Языки древней Передней Азии. Москва: Наука, 1967. s. 49 Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar.Советский союз Грузия. Москва: Мысль, 1967, s.25 Bir sıra tədqiqatçılar e.ə. 150-ci illərdə Sarı Uysın tayfalarının arasında Talay boylarının adını çəkir və onları Sır-Dəryanın cənubunda göstərirlər.Шакарим Кудайберды-улы. Родословная тюрков, киргизов, казахов и ханских династий / Пер. Б.Каирбекова, Алма-Ата: Жазушы, 1990, 1 s. 24, 55 Yunan mifologiyasında isə Arqos çarı-allahı Talay (Tal, Talayon) adı qeyd olunur.Мифы Древней Греции. Мифологический словарь. Москва: Falcson-Technology, 2004 s.977-978 Son dövr Koban arxeoloji abidələrindən aşkarlanan at rəsmli baltalar e.ə. II minilliyə, Son Tunc dövrünə aid edilmiş, Kaş və Talay tayfalarına məxsus olduğu təsdiq olunmuşdur.Тилов Р.Р. Говорящая бронpа Кавказа. Этническая интерпретация племен кобанской культуры. По материалам книги «Сага о Кавказе». Нальчик: Полиграфсер- вис, 2005, s. 28-32

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikası tarixi