Abdulla Qasım oğlu Axundov () — meliorasiya, suvarma əkinçiliyi sahəsində alim. Texnika elmləri doktoru (1960).

Həyatı Abdulla Axundov 1913-cü ilin fevralın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olmuşdur. 1930-cu ildə Bakıda Yer quruluşu texnikumunu, 1937-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsini, 1947-ci ildə Moskva Hidromeliorasiya İnstitunun aspiranturasını bitirmişdir. 1930–1932-ci illərdə Naxçıvanda yer quruluşu dəstəsinə başçılıq etmişdir. 1937–1939-cu illərdə Balakən suvarma sistemləri idarəsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947–1949-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllim, Pambıqçılıq İnstitutunda meliorasiya və suvarma şöbəsinin, Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda drenaj şöbəsinin müdiri işləmişdir. "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. Abdulla Axundov 1970-ci il, martın 16-da Bakıda vəfat etmişdir.

Əsərləri Şirvan düzünün duzlu torpaqlarının meliorasiyası və kənd təsərrüfatında mənimsənilməsi. Bakı, 1965

İstinadlar

Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Sədərəkdə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər