İnduksiya () – xüsusidən ümumiyə, ayrı-ayrı müşahidələrdən ümumiləşdirməyə doğru məntiqi nəticə. İnduksiyada toplanmış təcrübə, yaxud eksperimentlərin nəticələrinə görə formalaşdırılmış mülahizələr çoxluğunun əsasında ümumi nəticə çıxarılır; bu zaman nəticənin özünün mütləq bilavasitə mülahizələrdəki informasiyalardan çıxacağı vacib deyil. Faktlardan ibarət olan verilənlər bazasının emalı zamanı ümumi qaydaların, meyllərin və korrelyasiyaların aşkarlanması məqsədilə induksiyadan istifadə olunur.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Kateqoriya:Məntiq Kateqoriya:Arqumentlər Kateqoriya:Mühakimə Kateqoriya:Elm epistemologiyası

Kateqoriya:İdeyalar tarixi