Anna Doqonadze və ya tam adı ilə Anna Doqonadze-Lilkendey () — Almaniyanı təmsil edən Gürcüstan əsilli batut gimnastı. Anna Doqonadze, 2000, 2004, 2008 və 2012-ci illərdə Almaniyanı Olimpiya Oyunlarında təmsil edib. 2004 Afina Olimpiadasında qızıl medal qazanan Anna Doqonadze, həm də Dünya Çempionatlarında 3 qızıl, 4 gümüş və 6 bürünc medala sahib olub.
Karyerası 2000 Sidney Olimpiadası Anna Doqonadze, 2000-ci ildə Almaniya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Anna Doqonadze, 5 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu.
2004 Afina Olimpiadası Anna Doqonadze növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 39.60 xal topladı və 8 idmançı sırasında 1-ci yeri tutaraq Olimpiya çempionu oldu.
2008 Pekin Olimpiadası Anna Doqonadze üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Anna Doqonadze, 18.90 xal topladı və 8 idmançı sırasında sonuncu, 8-ci yeri tutdu.
2012 London Olimpiadası Anna Doqonadze sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Anna Doqonadze, 100.370 xal topladı və 16 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
İstinadlar
Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2004 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Almaniya idmançıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Almaniyanın olimpiya gimnastları