Hidromaqnezit Mg5 [CO3]4 (OH)2 · 4 H2O — monoklinik, psevdorombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Xassələri Rəng – qar kimi ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – kristallarda – şüşə, qabıqlarda – torpaqvarı; əllə toxunduqda yağlıdır; Şəffaflıq – yarımşəffaf, işıqkeçirən; Sıxlıq – 2,1-2,3; Sərtlik – 3,5; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, nadir hallarda qabıqvarı; Morfologiya – kristallar: xırda məsaməli iynəvari, vərəqvari; İkiləşmə: {100} üzrə polisintetik; Mineral aqreqatları: bütöv, təbaşirəoxşar, radial-lifli kütlələr, qabıqlar.
Mənşəyi və yayılması Hiperbazitlərin aşınma məhsulu olub, damarcıq və qabıq şəklində serpentinitlər üzrə inkişaf edir. Mineralın brusitin dəyişilməsi ilə əlaqədar olan tapıntıları periklazlı mərmərlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: brusit, kalsit, dolomit, opal və b. Mineralın tapıldığı yerlər: Kraubat (Avstriya); Şariar (İran); Xaranqon (Tacikistan) və b. Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının ultraəsasi süxurlarının aşınma qabığında və Göydərə xromit yatağında aşkar edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
Hydromagnesite
Kateqoriya:Karbonatlar (minerallar) Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Mağara mineralları Kateqoriya:Lüminessensiya mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları Kateqoriya:Hidrooksidlər (minerallar)