Sazlayıcı – proqramçıya başqa bir proqramı addım-addım çalışdırmağa, verilənlərin dəyişilməsini izləməyə və şərtlərin yerinə yetirilməsini yoxlamağa imkan verməklə onu sazlayan proqramdır. thumb
Sazlayıcıların 2 (iki) əsas növü var: maşın səviyyəsində və ilkin mətnlər səviyyəsində işləyənlər.
Maşın səviyyəli sazlayıcılar — faktiki çalışan maşın komandalarını (assembler dilinin komandalarına çevrilmiş) əks etdirirlər və registrlərin və yaddaş oyuqlarının tərkibinə baxmağa imkan verirlər. İlkin mətn səviyyəli sazlayıcılar — proqramçıya orijinal ilkin koda (məsələn, C və ya Pascal dilində) baxmağa, dəyişənlərin və verilənlər strukturlarının adlarına görə onların qiymətlərini yoxlamağa və s. imkan verirlər.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Həmçinin bax C proqramlaşdırma dili Proqramlaşdırma Proqramlaşdırma dilləri
Kateqoriya:Proqramlaşdırma Kateqoriya:Digital Research