Qaratorpaq və ya çernozem — tərkibində yüksək miqdarda humus (4%-dən 16%-ə qədər) və yüksək miqdarda fosfor və ammonyak birləşmələri olan qara rəngli torpaq. Qara torpaq olduqca münbit torpaqdır və yüksək nəm saxlama qabiliyyəti səbəbi ilə kənd təsərrüfatı üçün yüksək məhsuldarlığa sahibdir. Çernozem Torpaq Resursları üçün Ümumdünya Referans Bazasının (WRB) istinad torpaq qruplarından biridir.
Yayılma thumb|286x286px|Torpaq Resursları üçün Ümumdünya Referans Bazasına əsasən qara torpaqlarının yayılması: "Çernozem" adı rus dilində qara (чёрный) və torpaq (земля) sözlərindən gəlir. Qara rəngli üzvi maddələrlə zəngin olan torpaq ilk dəfə 1883-cü ildə Rusiyanın Şərqi Ukrayna və Avropa ərazilərindəki hündür otlu çöllərində rus geoloqu Vasili Dokuçayev tərəfindən müəyyən edilmişdir. Çernozem Amazon yağış meşələrindəki oxşar xüsusiyyətli terra pretadan fərqlidir.
Qara torpaqlar dünyada təxminən 230 milyon hektar ərazini əhatə edir. Dünyada iki "qara torpaq qurşağı" var. Bunlardan birincisi Avrasiya çöllərini əhatə edir, ikincisi isə Kanadanın Manitobada əyalətindəki Kanada prerisindən başlayaraq ABŞ-ın Böyük Düzənlikləri boyu irəliləyir cənubda Kanzasa qədər uzanır. Ecology of Arable Land – Perspectives and Challenges by M. Clarholm and L. Bergström
Qara torpaq təbəqəsinin qalınlığı Ukraynada,həmçinin ABŞ-ın şimalında və Kanadada bir neçə santimetrdən 1,5 metrə qədər dəyişə bilər.Ukraine: Soils in Encyclopædia Britannica
Əvvəllər Ukraynada bu torpaq üçün qara bazar mövcud idi. 1992-ci ildən 2020-ci ilə qədər Ukraynada kənd təsərrüfatı torpaqlarının satışı qanunsuz olsa da, yük maşını ilə daşınan torpaq qanuni şəkildə ticarət oluna bilirdi. Mərkəzi Xarkovda yerləşən "Green Front" qeyri-hökumət təşkilatına görə 2011-ci ildə Ukraynada qanunsuz yolla əldə edilmiş qara torpaq qara bazarının təxminən 900 milyon ABŞ dolları həcmində olduğu düşünülür.Black market for rich black earth , Kyiv Post (9 November 2011)
Mənşəyi ilə balı fərziyyələr
1761: Yohan Qottşalk Vallerius (bitki qalıqları)Wallerius J. G. Agriculturae fundamenta chemica, åkerbrukets chemiska grunder. Upsaliae, 1761. 8, 4, 322 p.; The natural and chemical elements of agriculture. London, York: Bell, Etherington, 1770. 198 p. 1763: Mixail Lomonosov (bitki və heyvan qalıqları) 'Lomonosov M. V. § 125. // On the strata of the Earth: a translation of "O sloiakh zemnykh" (1763) / translated by S. M. Rowland, S. Korolev. Boulder: Geological Soc. of America, 2012. 41 p. (Special paper; 485) "And so, there is no doubt that black soil is not primordial matter, but that it has been produced by the decomposition of animal and plant bodies over time" 1799: Peter Simon Pallas (qamış bataqlığı) 1835: Çarlz Layel (löss) 1840: Roderik Merçison (Yura dövrünün dəniz şistlərindən aşınma) 1850: Karl Eyxvald (torf) 1851: А. Petzqold (bataqlıqlar) 1852: Nikifor Borisyak (torf) 1853: Vangenqaym von Kvalen (şimal bataqlıqlarındakı silt) 1862: Rudolf Lüdviq (meşəaltı bataqlıq) 1866: Frans Ruprext (parçalanmış çöl otları) 1883: Vasili Dokuçaev Avropa Rusiyasındakı qara torpaqların tam tədqiqi olan "Rusiya çernozemi" kitabını nəşr etdi.Dokuchaev V. V. Russian Chernozem (1883) // Israel Program for Scientific Translations Ltd. (for USDA-NSF), S. Monson, Jerusalem, 1967. (Translated from Russian into English by N. Kaner) 1929: Otto Şlüter (insan istehsalı) 1999: Maykl Şmit (neolit biokütləsinin yanması)
İstinadlar
Əlavə oxu W. Zech, P. Schad, G. Hintermaier-Erhard: Soils of the World. Springer, Berlin 2022, Chapter 5.3.2.
Xarici keçidlər profil şəkilləri (təsnifatla) WRB homepage IUSS profil şəkilləri (təsnifatla)
Kateqoriya:Torpaq tipləri Kateqoriya:Böyük Düzənliklər Kateqoriya:Ukrayna geologiyası Kateqoriya:ABŞ geologiyası Kateqoriya:Rusiya geologiyası Kateqoriya:Rus dilində sözlər və ifadələr