Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — Tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949).
Həyat və əmək fəaliyyəti Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir.
Mənbə
Məmmədov Həsən Hacıməmmədhüseyn oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Kateqoriya:Şahtaxtıda doğulanlar Kateqoriya:Şahtaxtıda dəfn olunanlar Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Tütünçülər