() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.

Xarakterik morfoloji əlamətləri Pulcuqları xırdadır. Alının eni azdır, quyruq gövdəsinin uzunluğu nisbətən çoxdur. Bədənin uzunluğu 25 sm-ə, kütləsi 270 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdirAzərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620..

Yaşayış yeri və həyat tərzi Şirin su balığı olub, dibi qumlu-daşlı olan axar sularda yaşayır. Əsasən, çayların orta hissələrində rast gəlinir. Orta ömrün uzunluğu 4 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklində olur. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü bir dəfəyə tökür. Kürüləməsi suyun temperaturu 12.0 – 16.0 C° oduqda mart ayının axırlarından may ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə 2.3 mindən 16.2 min ədədə qədər tökür. Yetkin fərdlər hər il kürütökmədə iştirak edirlər. Generasiyaların sayı ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olurКазанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с. .

Yayılması Azərbaycanda 2 növ ilə təmsil olunmuşdur. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Yalama-Xudat çaylarında (Tel çay, Nurgədi, Xuray, Vələmir və Samur) yayılmışdır.

Limit faktorları Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu Qidasını, əsasən, yosunlar, detrit, su cücülərindən olan ikiqanadlıların sürfələri, ibtidai xərçəngkimilər və balıqların kürüləri təşkil edir.

Düşmənləri Yırtıcı balıqlar və balıq parazitləri.

İnsan həyatına təsiri Vətəgə və təsərrüfat əhəmiyyəti yoxdur. Vətəgə əhəmiyyətli balıqların qida şəriki olmaqla və digər balıqların kürülərini yeməklə müəyyən qədər ziyan verirƏbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s..

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır. Azsaylı olduğundan qorunma tədbirləri həyata keçirilməlidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1877-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər