Sultan Ağa xanım () — I Təhmasibin ikinci Xasəki Sultanı. Səfəvi sultanı, naibəsi Pərixan Sultanın anası. Tərki şamxallığı hakimi Çoban şamxal xanın bacısı.
Evliliyi 1547-ci ildə, şahın hakimiyyətinin 24-cü ilində evlənmişdi. Bu evlilikdən, 1548-ci ilin avqustunda Əhərdə Pərixan xanım, 28 mart 1554-cü ildə Naxçıvanda isə şahzadə Süleyman Mirzə doğulmuşdu. Qardaşı məşhur Şəki valisi Şamxal sultan olmuşdur.
Təhmasibin ölümündən sonra Şahın ölüm ayağında sarayda şahzadələr arasında çəkişmələr başlamışdı. Gürcü fraksiyası, Ustaclı və Şeyxavəndlər Heydər Mirzənin tərəfdarı olsa da, qızı Pərixan xanım və qızılbaşlar isə İsmayıl Mirzənin tərəfdarı idi. İstinadlar
Mənbələr
Kateqoriya:Səfəvilər Kateqoriya:XVI əsr şəxsləri