Litva holokostu — Nasistlər tərəfindən işğal edilən litvada, litva yəhudilərinin (Litvaks) bütövlükdə məhv edilməsi və Nasistlər tərəfindən idarə edilən Litva Sovet Sosialist Respublikasında yerləşən Reyxskomissariat Ostalnd ərazisində yerləşdirilməsidir. Ümumilikdə 208,000–210,000 yəhudinin təxminən 190,000–195,000 nəfəri İkinci dünya müharibəsinin bitməsindən öncə qətlə yetirilmişdir ki, bunlarında böyük bir qismi 1941-ci ilin iyun-dekabr ayları arasında baş vermişdir. Litvada yaşayan 95%-dan artıq yəhudilər 3 illik alman işğalı nəticəsində qırğına düçar olmuşdur. Tarixçilər bunu qeyri-yəhudi olan yerli hərbçilərin birgə əməkdaşlığı ilə nəticələnmiş soyqırımın rəmzi kimi təyin edirlər baxmayaraq ki, bu əməkdaşlığın səbəbləri bu günə kimi mübahisələr doğurur.Daniel Brook, "Double Genocide. Lithuania wants to erase its ugly history of Nazi collaboration—by accusing Jewish partisans who fought the Germans of war crimes." , Slate, July 26, 2015 Holokost, Litvanın bu qısa tarixində görünməmiş ən böyük insan itkisi ilə nəticələndi.
Hadisələr Üçüncü Reyx tərəfindən işğal edilmiş SSRİ-nin qərb sərhədlərinin elə ilk həftəsində baş vermiş, həmçinin Litvada və digər ərazilərdə Holokostun qüvvətləndirilməsi xəritədə öz əksini tapmışdır.
İstinadlar Kateqoriya:Holokost Kateqoriya:Litva Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:İkinci Dünya müharibəsində siyasət